Vergi Xidməti Dərnəgüldə tikinti materialları satışına nəzarəti gücləndirib, reydlər keçirilir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tikinti materiallarının istehsalı və satışı sahəsində şəffaflığın təmin edilməsi, rəqabət mühitinin qorunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Qurumdan verilən məlumata görə, tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən əhali ilə nağd pul hesablaşmalarının qanunvericliyin tələblərinə uyğun aparılması, qanunsuz sahibkarlıq və qanunsuz məşğulluqla mübarizə, sahibkarlıq subyektləri arasında ticarət əməliyyatlarının rəsmiləşdirilməsinə nəzarət məqsədilə Xidmətin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi paytaxt ərazisində yerləşən açıq və qapalı ticarət mərkəzləri və bazarlarda məlumatlandırma, monitorinq və vergi nəzarəti tədbirləri həyata keçirir. Hazırda belə tədbirlər Bakı şəhəri Dərnəgül şosesi ətrafında yerləşən sahibkarlıq subyektlərində aparılır.
Noyabr ayının əvvəlindən etibarən, qeyd edilən ərazidə 28 vergi ödəyicisinin ümumilikdə 91 təsərrüfat subyekti üzrə 4 sayda xronometraj metodu ilə müşahidə, 46 sayda nağd hesablaşmalara nəzarət, 42 sayda mal qalığı, 4 sayda isə əmək münasibətlərinə nəzarət üzrə operativ nəzarət qərarı açılıb və pozuntu törədən şəxslər barəsində qanunla müəyyən edilmiş tədbirlər görülüb. Həmin vergi ödəyicilərinin böyük əksəriyyətində əmək müqaviləsi bağlamadan işçilərin cəlb edilməsi, nəzarət-kassa aparatlarının (o cümlədən yeni nəsil nəzarət-kassa aparatlarının), eləcə də malların alışını təsdiq edən sənədlərin olmaması, vergi orqanlarına yalan məlumat təqdim etməklə aktiv ticarət fəaliyyəti olmasına baxmayaraq fəaliyyətin dayandırılması ərizəsinin verilməsi kimi kobud pozuntular qeydı alınıb.
Bundan başqa, vergi qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması məqsədilə, qeyd olunan sahədə fəaliyyət göstərən vergi ödəyiciləri ilə Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsinin inzibati binasında fərdi və kollektiv görüşlər keçirilir, ödəyicilərin qanunla müəyyən olunmuş hüquq və vəzifələri onlara izah edilir və fəaliyyətləri ilə əlaqədar sual yaradan məqamlara aydınlıq gətirilir.
Dövlət Vergi Xidməti bildirir ki, nəzarət tədbirləri qısa müddət ərzində respublikanın, o cümlədən paytaxtın digər ərazilərində də həyata keçiriləcək. Tikinti materialları da daxil olmaqla əmtəə xarakterli malların alqı-satqısı qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməli, topdansatışın həyata keçirilməsi zamanı mallar elektron qaimə-faktura əsasında təqdim edilməli, hesablaşmalar nağdsız qaydada aparılmalıdır. Vergi ödəyiciləri sanksiyalarla qarşılaşmamaq üçün qanunvericiliyin tələblərinə ciddi əməl etməlidirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
16 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir





















.jpg)
