Helikopter qəzasında ölənlərin və yaralıların sayı açıqlandı - ADLAR
Helikopter qəzasında 14 nəfər həlak olub, 2 nəfər yaralanıbDövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya düşməsi nəticəsində ölənlərin sayı açıqlanıb.
Marja.az xəbər verir ki, DSX-nin rəisinin müavini İlham Mehdiyev bildirib ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Həlak olan hərbi qulluqçuların adları:
1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
2. polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;
3. mayor Həsənov Elmir Mircəlil oğlu;
4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
5. mayor Mayılov Emil Şahid oğlu;
6. mayor Məmmədov Murad Yaşar oğlu;
7. mayor Əliyev Emil Elman oğlu;
8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
9. kapitan Bayramlı Cavid Əhliman oğlu;
10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;
11, kapitan Qaraisayev Teymur Ənvər oğlu;
12. leytenant Süleymanov Abdulla Telman oğlu;
13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
14. işçi Nəbiyev Elçin Fikrət oğlu.
Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi qəza nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzu edir.
CİNAYƏT İŞİ AÇILIB
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya düşməsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində 14 nəfər həlak olmuş 2 nəfər xəsarət almışdır.
Baş Prokurorluğun rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanmış, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülmüşdür.
Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)



