Azəri-Çıraq-Günəşli nefti yüklənmiş 1000-ci tanker yola salınıb
bp-nin əməliyyatçısı olduğu Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) vasitəsilə nəql olunan Azəri-Çıraq-Günəşli (AÇG) nefti yüklənmiş 1000-ci tanker Qara dəniz sahilindəki Supsa terminalından yola salınıb.
Marja bp-nin yaydığı məlumata itinadən xəbər verir ki, İtaliyaya yola düşən “Stamos” adlı 1000-ci tankerə AÇG yatağından hasil olunmuş və Səngəçal terminalından başlayaraq Azərbaycan və Gürcüstan ərazisi boyunca təhlükəsiz şəkildə nəql edilmiş 650000 barel xam neft yüklənilmişdir.
bp-nin Gürcüstan üzrə vitse-prezidenti Aytən Hacıyeva: “Bakı-Supsa bp və tərəfdaşlarının həyata keçirdiyi ilkin neft layihəsinin mühüm bir hissəsidir və Gürcüstanda və regiondakı təhlükəsiz və etibarlı əməliyyatlarımızın gözəl nümunəsidir. Supsa terminalından 1000-ci tankerin yola salınması həm də bp-nin Gürcüstandakı fəaliyyətinin 25-ci ildönümünə təsadüf edən əlamətdar bir hadisədir.”
Bakı-Supsa boru kəməri 1999-cu ildə istismara veriləndən bəri 700 milyon bareldən çox neft nəql edib. Boru kəmərinin hazırkı ixrac həcmi gündəlik 100000 barel təşkil edir.
bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə ixrac boru kəmərləri üzrə meneceri Eldar Qaziyev: “İstismarda olduğu 20 ildən artıq müddətdə və 1999-cu ildə ilk tankerin yükləndiyi vaxtdan bəri Bakı-Supsa boru kəmərinin göstərdiyi əla iş icrası ilə həqiqətən fəxr edirik.”
AÇG üzrə iştirak payları aşağıdakı kimidir: “bp” (30.37%), “SOCAR” (25.0%), “MOL” (9.57%), “İNPEX” (9.31%), “Equinor” (7.27%), “ExxonMobil” (6.79%), “TPAO” (5.73%), “İTOCHU” (3.65%), “ONGC Videsh Limited (OVL)” (2.31%).
Qeyd edək ki, bp AÇG tərəfdaşlarının adından Bakı-Supsa adlanan Qərb İxrac Boru Kəmərinin (QİBK) və Qara dənizdə yerləşən Supsa terminalının əməliyyatçısıdır.
Azərbaycan və Gürcüstan arasında Bakı-Supsa boru kəmərinin inşasına imkan yaradan ilk hökumətlərarası saziş 1996-cı ildə bağlanıb. Bakı-Supsa 1999-cu ildə istismara verilib və bu vaxtadək AÇG yatağından Səngəçal terminalı vasitəsilə Qara dəniz sahillərindəki Supsa neft terminalına 700 milyon barel neft nəql edib. “Agip Piamonte” adlanan ilk tanker Supsa terminalından 1999-cu ilin aprel ayında yola salınıb.
Bakı-Supsa boru kəmərinin ümumi uzunluğu 829 km-dir: Azərbaycan hissəsi - 456 km, Gürcüstan hissəsi - 373 km.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
34 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 41 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır













.jpg)









