Avropada enerji problemi artmaqda davam edir
Avropa Mərkəzi Bankının sədri Kristin Laqard (Christine Lagarde) "Təklifin azalması və enerji qiymətlərindəki artım ilə əlaqədar olaraq iqtisadi artım sürəti yavaşlayır" deyib."Təchizat problemləri və enerji qiymətlərinin artması səbəbindən iqtisadi artım yavaşlayır".
Marja xəbər verir ki, bu sözləri Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard bildirib.
O həmçinin qeyd edib ki, enerji qiymətlərindəki artım və ya tədarük məhdudiyyətlərinin davam etməsi inflyasiyanın uzun müddət yüksək səviyyədə qalmasına təsir edəcək.
Laqard Avropa Parlamentinin (AP) İqtisadi və Maliyyə Məsələləri Komitəsinin “Monetar Dialoq” sessiyasına videokonfrans vasitəsilə qoşulub.
Avro Bölgəsində iqtisadiyyatın üçüncü rübdə 2,2 faiz böyüdüyünü xatırladan Laqard, ümumi daxili məhsulun (ÜDM) yeni növ koronavirus (Kovid-19) epidemiyasının sonuna qədər əvvəlki səviyyələrə çatacağını gözlədiklərini ifadə edib.
İstehlak xərclərinin yüksək olmasına baxmayaraq, material, avadanlıq və işçi qüvvəsi çatışmazlığının istehsala təsir etdiyini və qarşıdakı iqtisadi inkişafı zəiflətdiyini ifadə edən Laqard, "Təchizat məhdudiyyətlərinin bir neçə ay davam edəcəyi və 2022-ci ildə tədricən azalacağı ehtimalı var", - deyə bildirib.
Təchizat problemlərinin mövcud inkişaf prosesində mənfi təsirli yeganə risk olmadığını vurğulayan Laqard, “Enerji qiymətlərinin daha da artması alıcılıq qabiliyyətini aşağı salmaqla və istehlakda canlanmanı dayandırmaqla artımı zəiflədə bilər”, - deyə əlavə edib.
Oktyabrda inflyasiyanın gözləniləndən çox artaraq 4,1 faizə yüksəldiyini xatırladan Laqard, inflyasiyanın yüksəlişinin enerji qiymətlərindəki artım, iqtisadiyyatın yenidən açılması ilə bağlı tələbin artması və Almaniyada keçən il tətbiq edilən müvəqqəti ƏDV fasilələrinin sona çatması ilə bağlı olduğunu açıqlayıb.
"Mövcud fyuçers qiymətləri 2022-ci ilin birinci yarısında enerji qiymətlərində nəzərəçarpacaq dərəcədə azalmaya işarə edir. İqtisadiyyatın bərpası davam etdikcə və təchizat problemləri azaldıqca, biz mal və xidmətlər üzərində qiymət təzyiqinin normala dönəcəyini gözləyə bilərik" - deyə Laqard gələn il inflyasiyanın azalacağını gözlədiklərini də bildirib: "Enerji qiymətlərindəki artım və ya tədarük məhdudiyyətləri davam edərsə, inflyasiya indiki gözləntimizdən daha yüksək olaraq qala bilər. Bu isə daha yüksək xərc və yüksək qiymətlərə səbəb olar".
Avrozonada illik inflyasiya oktyabrda 4,1 faizə - son 13 ilin ən yüksək səviyyəsinə çatıb.
Avropada başda təbii qaz və elektrik kimi enerji məhsullarının ümumi qiymət artımı xüsusilə diqqət çəkir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
9 d. əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 22 d. əvvəl
- 30 d. əvvəl
-
39 d. əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 1 saat əvvəl
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Ən çox oxunanlar
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir






















