“Nar” regional məktəb çempionatına dəstək olub
“Nar” İslam həmrəyliyi ilinə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ilin regional məktəb çempionatına dəstək olub.
Azərbaycan Respublikasının Təhsil nazirliyinin təşkilatçılığı ilə 27 may 2017-ci il tarixdə ölkənin müxtəlif bölgələrində eyni vaxtda təşkil edilən bilik yarışı 1500-dən çox bölgə məktəblilərinin iştirakı ilə keçirilib. İntellektual oyun üzrə regional məktəb çempionatının qalibləri 2017-ci ildə məktəblilər arasında Azərbaycan “Brain Ring” çempionatında iştirak etmək hüququ qazanıblar.
Özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində hər zaman təhsil və maariflənməyə xüsusi diqqət ayıran “Nar” İslam həmrəyliyi ilinə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ilin regional məktəb çempionatına da dəstək olmağa qərar verib. Belə ki, Bakı, Gəncə, Şirvan, Sumqayıt, Mingəçevir, Şəmkir, Masallı, Quba, İmişli, Göyçay və Zaqatala şəhərlərində eyni vaxtda keçirilən intellektual oyunun qalibləri olmuş məktəbliləri dəyərli hədiyyələrlə mükafatlandıran mobil operator, habelə bu bilik yarışının keçirildiyi 11 bölgənin hər birində xüsusi “Nar” köşələri təşkil edib. Yarış bölgələrin sosial-ictimai həyatında önəmli rol oynamaqla yerli məktəblilərin böyük marağına səbəb olub.
“Nar” KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən almaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 10 saat sonra
-
-
3 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
11 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
13 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)
.jpg)






.jpg)







