Kapital Bank-dan uşaqlar üçün silsilə tədbirlər keçirdi
Xəbər verdiyimiz kimi, Kapital Bank-ın1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində“Nağıllara səyahət” adlı sosial layihə təşkil etdi. Layihə çərçivəsində ölkənin bir sıra şəhərlərində uşaqlar üçün pulsuz teatr tamaşaları nümayiş olundu.
Layihə zamanı hazırlanan video çarx və fotolar Bankın Facebook sosial şəbəkəsindəki səhifəsinə yerləşdirilib - www.facebook.com/kapitalbank.
“Hər il olduğu kimi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində balaca dostlarımızı sevindirəcək layihə təşkil etdik. Bu ilki tədbiri daha geniş miqyasda həyata keçirərək, ölkənin bir sıra regionlarını əhatə etdik. Tamaşalarda ümumi olaraq 4000-ə yaxın uşaq qatıldı. Tədbir zamanı həmçinin maraqlı müsabiqələr təşkil olundu və məktəblilərə Kapital Bank adından hədiyyələr verildi.Tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə Təhsil Nazirliyinə vəASAN Radioya təşəkkürümüzü bildiririk”, - deyə, Kapital Bank-ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva bildirib.
Qeyd edək ki, layihə çərçivəsində Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında “Kəlilə və Dimnə” tamaşası, Gəncə Dövlət Dram Teatrında “Tıq-tıq xanım”, Lənkəran Dövlət Dram Teatrında “Ceyranın ad günü” və Abdulla Şaiq adına Dövlət Kukla Teatrında “Tıq-tıq xanım” tamaşası nümayiş olundu.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























