Səudiyyə Ərəbistanı bütün bazarlarda neftin qiymətini kəskin artırır
Səudiyyə Ərəbistanı ABŞ Prezidenti Co Bayden administrasiyasının daha çox neft hasil etmək və dünyanın ən böyük iqtisadiyyatları üzərindəki enerji böhranının yükünü yüngülləşdirmək çağırışlarına məhəl qoymayaraq, dünyanın bütün regionlarında müştərilər üçün neft qiymətlərini kəskin şəkildə artırır.
Marja xəbər verir ki, Dekabr ayından etibarən krallığın mədən şirkəti olan "Saudi Aramco" Asiya, ABŞ və Avropadakı alıcılar üçün nefti bir dollardan çox bahalaşdıracaq.
Səudiyyə neftinin 60%-dən çoxunu Çin, Hindistan və Yaponiya da daxil olmaqla Asiyaya ixrac edir. "Saudi Aramco"nun "Arab Light" neftinin bareli 1,30 dollar artacaq.
Səudiyyə neftinin Rusiyanın Urals nefti ilə rəqabət apardığı Avropada qiyməti 2,1 dollar artacaq.
Səudiyyəlilər ABŞ üçün qiyməti barel üçün 50 sent yüksəldib.
Bazarlar, hasilatı azaltmaqla belə, üçüncü rübdə 31 milyard dollardan çox gəlir əldə edərək dünyanın ən gəlirli şirkəti olan "Saudi Aramco"dan qiymət artımı gözləyirdi. Bloomberg qeyd edir ki, miqyas sürpriz oldu: son 20 ildə səudiyyəlilər satış qiymətini belə yüksək şəkildə artırmamışdılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)












.jpg)

