“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Foreks bazarlarında EUR/USD məzənnəsi son bir həftədir 1.12$ ətrafında ticarət olunmaqdadı. Lakin qiymət yenidən 1.1270$-a kimi bahalaşarsa, 1.1373$ və 1.1410$-a kimi də bahalaşa bilər.
Bununla yanaşı yerli vaxtla bu həftənin çərşənbə günü saat 13:00-da Avrozonanın inflyasiya və cümə günü saat 16:30-da Amerikanın əmək bazarı ilə bağlı önəmli statistik məlumatlar açıqlanacaqdır. Məlumatların məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.
GBP
GBP/USD valyuta cütlüyünün qiyməti isə keçən həftə 1.2774$-a kimi ucuzlaşdıqdan sonra cari həftənin başlaması ilə bahalaşmağa başlayıb. Artıq 1.2825$-a kimi bahalaşan qiymət, 1.2800$-ın üzərində qaldıqca, 1.2878$ və 1.2910$-a kimi də bahalaşa bilər.
TRY
Türkiyə maliyyə bazarlarında da türk lirəsi bahalaşmağa başlayıb. Qiymətin texniki mənzərəsi üzrə təhlillər, qiymətin 3.57TL-nin üzərində möhkəmlənməsi fonunda 3.53TL-ə kimi də bahalaşa biləcəyini proqnozlaşdırmağa əsas verir. Eyni zamanda bu həftənin çərşənbə günü saat 11:00-da və cümə axşamı saat 13:00-da açıqlanacaq Türkiyənin xarici ticarət dövriyyəsi ilə bağlı statistik məlumatlar da investorların diqqət mərkəzində olacaqdır.
OIL
Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti də 52$-a kimi bahalaşıb və bu səviyyənin üzərində qaldıqca, 55$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Enerji bazarları iştirakçılarının, neft ölkələrinin hasilata limitin tətbiq etmələri, qiymətlərin daha da bahalaşa biləcəyinə səbəb ola bilər.
GOLD
Dünya birjalarında dolların ucuzlaşması və müşahidə edilən geosiyasi qeyri-müəyyənliklər əlvan metallar bazarında qızıla olan tələbin də yüksək olmasına səbəb olur. Beləliklə, 1269$-a (40.7 $/qram) kimi bahalaşan qızılın bir unsiya üzrə qiyməti gələcək günlər ərzində 1277$-a (41.0 $/qram) kimi də bahalaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)



.jpg)
