Törəmə maliyyə alətlərinin sadə dildə izahı
Törəmə maliyyə alətləri ilə ticarətin üstünlükləri
Öncəki yazılarımızda Sizə ticarət olunan əsas maliyyə alətlərinin (səhm, istiqraz və s.) üstünlükləri barədə məlumat vermişdik. Bu yazımız sayəsində isə törəmə maliyyə alətlərinin üstünlükləri barədə məlumatlı olacaqsınız.
İlk növbədə qeyd edək ki, törəmə maliyyə alətini almış investor həmin maliyyə alətinin birbaşa olaraq özünü deyil, onun əvvəlcədən müəyyənləşdirilmiş şərtlərlə gələcəkdə alış və ya satış hüququnu təsbit edən müqaviləsini əldə etmiş olur. Bu baxımdan törəmə maliyyə alətləri hər hansı baza aktivini (valyutalar, qiymətli kağızlar, əmtəə və bu kimi digər maliyyə alətləri) əvvəlcədən müəyyənləşdirilmiş şərtlərlə almaq, satmaq və ya dəyişdirmək hüququnu təsbit edən müqavilədir. Əsas ticarət olunan törəmə maliyyə alətləri aşağıdakılardır:
Fyuçers
Opsion
Fyuçers ilə opsionun əsas fərqi ondan ibarətdir ki, opsionu alan şəxs baza aktivini almaq və ya satmaqla bağlı hüquq əldə edir, fyuçersi alan şəxs isə baza aktivini almaq və satmaq öhdəliyini daşımış olur (müddətin tamamında mütləq şəkildə almalı və ya satmalıdır).
Törəmə maliyyə alətləri risklərin idarəedilməsinə imkan verir
Sadə dildə törəmə maliyyə alətinin üstünlüklərini və əhəmiyyətini başa düşmək üçün fərz edək ki, bir ay sonra Sizə 10 000 ABŞ dolları lazımdır. İndiki məzənnə 1.70 AZN olsa da, Siz indidən 17 000 manat sərf edərək 10 000 ABŞ dolları əldə etmək fikrində deyilsiniz. Çünki 1 ay sonra məzənnənin qalxacağı və ya düşəcəyi ilə bağlı heç bir təsəvvürünüz və məlumatınız yoxdur. Məhz bu məlumatsızlıq Sizin riskinizdir və gələcək üçün Sizin indidən əlavə xərc sərf etməyinizə (və ya əksinə) səbəb ola bilər.
Bəs bu riskinizi idarə edə bilmək üçün nə etməli?
Törəmə maliyyə alətləri məhz bu cür problemlərin həlli üçün yaradılmışdır. Belə ki, Siz yuxarıda qeyd olunan nümunəyə uyğun olaraq, ABŞ dollarının 1.70 AZN-dən opsionunu əldə etmiş olsanız, 1 ay sonrakı real məzənnənin neçə olmasından asılı olmayaraq 10 000 ABŞ dollarını 17 000 AZN-ə almaq hüququ əldə edirsiniz. Opsionların Sizin üçün öhdəlik yaratmadığını nəzərə alsaq, 1 ay sonra məzənnə 1.70-dən aşağı düşsə belə, risklərinizi minimumlaşdıra bilirsiniz. Yəni 10 000 ABŞ dollarını opsion qiyməti ilə deyil, birbaşa bazardan daha aşağı qiymətlə əldə edə bilirsiniz. Bu zaman isə sizin riskiniz yalnız opsionun əldə edilməsi üçün ödədiyiniz xidmət haqqı qədər olacaqdır.
Törəmə maliyyə əlavə gəlir qazanmağa imkan verir
Qeyd etdiyimiz nümunəyə əsasən fərz edək ki, 10 000 ABŞ dollarının opsionunu 1.70 qiyməti ilə almısınız. Müddətin tamamında isə bazarda real məzənnə 1.80-ə qədər qalxmışdır. Bu zaman Siz asanlıqla opsion hüququndan istifadə edə və 10 000 ABŞ dollarını cəmi 17 000 AZN ödəməklə əldə edə bilərsiniz. Bundan sonra isə həmin məbləği 1.80-dan real bazarda geri satmaqla əlavə olaraq 1000 AZN (18000-17000) əlavə gəlir qazana bilərsiniz.
Sonda qeyd edək ki, dünya təcrübəsində törəmə maliyyə alətlərindən yalnız valyutalar üzrə deyil, digər maliyyə alətləri: qiymətli kağızlar, əmtəələr və s. üzrə də geniş istifadə olunur. Törəmə maliyyə alətləri həm maliyyə təşkilatları, həm istehsalçı şirkətlər, həm də sadə vətəndaşlar üçün çox əlverişli bir maliyyə vasitəsidir. Daha ətraflı məlumat üçün Assosiasiyamıza, Bakı Fond Birjasına və İnvestisiya şirkətlərinə müraciət edə bilərsiniz.
“Marja.az” üçün Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
7 d. əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 30 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar











.jpg)





