Honordan yeni beynəlxalq smartfon - 614 DOLLARDAN
Android 11, 4-lü kamera, yeni çip, 20 dəqiqəyə 70% enerji...Ötən il Çinin iri smartfon istehsalçısı Huawei-dən ayrılan Honor müstəqil şirkət kimi beynəlxalq bazarlarda ilk smartfonunu buraxıb.
Marja xəbər verir ki, dünən şirkət 40 ölkədə satışa çıxacaq Honor 50 modelinin təqdimatını edib.
Smartfon ABŞ-ın Qualcomm şirkətinin istehsalı olan, əvvəlki modellə müqayisədə gücü 43% artırılan Snapdragon 778G mikroprosessoru ilə təchiz olunub. 108+8+2+2 Mp gücündə 4 obyektivli əsas kamera və 32 Mp-lik ön kamera yüksək keyfiyyətli şəkil və videolar çəkməyə imkan verir. Həmçinin, HONOR SuperCharge texnologiyalı 4300 mA/s batareya 20 dəqiqəyə 70% enerji yığılmasını təmin edir.
Honor 50
6,57 düymlük AMOLED ekran, Full HD+, HDR 10+
Əsas kamera: 108+8+2+2 Mp, genişbucaqlı obyektivlə birgə
Ön kamera: 32 Mp
Akkumulyator: 4300 mA/s
Operativ yaddaş: 8Gb, daxili yaddaş: 128/256 Gb
Çəkisi: 175 qram
Qiyməti: 128 Gb - 529 avro (614 dollar), 256 Gb - 599 avro (695 dollar)
ABŞ-ın sanksiyalarına görə Huawei-in ös strukturundan ayırdığı və satdığı Honor bu ilin avqustunda Çin bazarında 15%-lə 3-cü ən çox satılan smartfon istehsalçısıdır. Qlobal bazarda isə payı hələlik cəmi 3,7%-dir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 20 saat sonra
-
- 53 d. əvvəl
-
1 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
1 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı









.png)














