Kapital Bank yeni “Kliklə ödə” xidmətini təqdim etdi
(®) Kapital Bank həm fiziki şəxslər, həm də sahibkarlar üçün mütəmadi olaraq müxtəlif xidmətlər, funksiyalar və kampaniyalar təqdim edir. Bu dəfə təqdim edilən “Kliklə ödə” xidməti vasitəsilə, cəmi bir kliklə ödəniş qəbul etmək mümkün olacaq. Xidmətdən yararlanmaq üçün Müştəri Bank-da funksiyaya qoşulub, onu aktiv etmək lazımdır.
Bu funksiya vasitəsilə Müştəri Bank istifadəçiləri öz veb və ya tətbiqlərinin kanalları vasitəsilə ödəniş qəbul edə bilərlər. Misal üçün, hər hansı bir Müştəri Bank istifadəçisi digər bir şəxsdən ödəniş qəbul etmək istəyirsə, bu zaman satdığı məhsulun kateqoriyasını seçir, məhsulun adını, məbləği, alıcının adını və alıcıya hər hansı bir qeydi varsa, onu yazır.
Bununla da onlayn formada ödəniş üçün yaradılan linki və ya QR kodu alıcıya göndərir. Alıcı bu vasitələrdən biri ilə ödənişi ani olaraq həyata keçirə bilir. Link 72 saat ərzində aktiv olur, müddət bitdikdə avtomatik ləğv olunur. Bu xidmətdə qəbul olunan məbləğ üçün limit mövcud deyil, komissiya isə istənilən kart üçün 1,5% təşkil edir.
Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s.
Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login inkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 d. əvvəl
- 35 d. əvvəl
-
49 d. əvvəl
Nəhəng maliyyə qurumu qzılın qiymətinin 8 min dollara yüksələcəyini gözləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
İran Hörmüz boğazını açıb
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
Ən çox oxunanlar
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Kürdəmir stansiyası sərnişinlərin istifadəsinə verilir
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçilib
ADY: Hövsan marşrutu üzrə qatarların alışı başlayıb
PAŞA Bank-dan sahibkarlar üçün yeni kredit kampaniyası
Dövlət satınalmalarının vahid internet portalına bir sıra mühüm funksionallıqlar əlavə olunub
"Kapital Bank"ın istehlak kreditləri portfeli 5% artıb














.jpg)





