“AzerGold” QSC-nin əməkdaşları qan veriblər
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əməkdaşları talassemiya xəstəliyindən əziyyət çəkən şəxslər üçün qan veriblər. Şirkətin baş ofisində “Talassemiyasız həyat naminə” proqramına dəstək üçün aksiya keçirilib.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın başlatdığı “Talassemiyasız həyat naminə” layihəsinin 2017-ci ildə 10 ili tamam olur. On ildir ki, həyata keçirilən bu proqram çərçivəsində yüzlərlə şəxs qan verərək irsi keçən qan azlığından əziyyət çəkənlərə kömək olur, onların ömrünü uzadır. Azərbaycan Talassemiya Federasiyasının təbliğ etdiyi korporativ donorluq ideyalarına hər il onlarla qurum, şirkət, təşkilat və s. qoşularaq kütləvi aksiyalar təşkil edir.
“AzerGold” QSC də korporativ donorluq təşəbbüsü irəli sürərək “Talassemiyasız həyat naminə” proqramına qoşulub. Cəmiyyətin könüllüləri şirkətin inzibati binasında qan verərək qan xəstəliklərindən əziyyət çəkən isnanlar üçün tədarük olunan qan ehtiyatının artırılmasına dəstək olublar.
“AzerGold” QSC Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı Sərəncamla təsis edilib. Cəmiyyətin fəaliyyəti Azərbaycanda qeyri neft sektorunun inkişafı ilə səciyyələnir. Onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























