“Araz” supermarketlər şəbəkəsi ilklərə imza atmağa davam edir!
Lupalı alış-veriş arabaları istifadəyə verildi.(®) Müştəri məmnuniyyəti əsas prioritet olan pərakəndə bazarının öndə gedən markalarından biri “Araz” Supermarketlər şəbəkəsi daha bir ilkə imza ataraq lupalı alış-veriş arabalarını istifadəyə verib.
Artıq görmə zəifliyi olan müştərilər lupalı arabalardan istifadə etməklə məhsulların üzərindəki məlumatlarla heç kimin köməyinə gərək duymadan rahat şəkildə tanış ola biləcəklər.
Hazırda 10 dan çox filialda tətbiq edilən bu yeniliyi yaxın zamanda bütün “Araz” marketlərdə görə biləcəksiniz.
“Araz” Supermarketlər şəbəkəsi son illərdə bir çox innovativ yeniliklərlə müştərilərinə keyfiyyətli və rahat xidmət təklif edir. Belə ki, ölkəmizdə ilk dəfə olaraq “Araz” da ənənəvi dolablar elektron dolablarla əvəzlənib. Bununla yanaşı yalnız dünyanın iri market şəbəkələrində görə biləcəyiniz elektron rəf etiketlikləri də yurdumuzun doğma marketinin adı ilə bağlıdır.
Ölkənin pərakəndə bazarında ilk dəfə tətbiq edilən özünəxidmət kassa aparatları da “Araz” ın müştərilərinə xidmət edir.
Daha bir maraqlı yenilik isə QR kodların tətbiqi ilə bağlıdır. Müştərilər meyvə-tərəvəz, ət və ət məhsullarının üzərindəki QR kodu oxutmaqla həm elektron kataloqu mobil telefonlarına yükləyə, həm də məhsul haqda ətraflı məlumat əldə edə bilərlər. İnnovativ yeniliklərlə xidməti birləşdirməyi peşəkarcasına bacaran “Araz” Supermarketlər şəbəkəsi məhz bu səbəblərdən də müştəri mənunuiyətini qazanaraq pərakəndə bazarın liderindən birinə çevrilə bilib.
“Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” Supermarketlər şəbəkəsi ölkə üzrə yüzdən çox mağazası və 7000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur! Siz harada, Araz orada!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)







