Yığıma 430 ədəd pambıqyığan kombayn cəlb edilir
Sentyabr ayının sonlarında etibarən Azərbaycanda pambığın kombaynla yığımına start verilib.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, pambıq yığımı ilə əlaqədar “Aqroservis” ASC tərəfindən hazırlıq işləri tam çatdırılıb, mövcud kombaynlara texniki baxış keçirilib, kombaynlarda GPS sistemi quraşdırılıb, həmçinin nasaz vəziyyətdə olan texnikaların təmiri işləri həyata keçirilib.
Bu il pambıq yığımına 430 ədəd pambıqyığan kombayn cəlb edilməsi nəzərdə tutulur. Onlardan 143 ədədi “Aqroservis” ASC-yə məxsusdur. Eyni zamanda, yığılan məhsulun operativ şəkildə qəbul məntəqələrinə daşınması üçün “Aqroservis” ASC tərəfindən zəruri sayda traktor və qoşqu vasitələri ayrılıb. Ötən illə müqayisədə əlavə olaraq 76 traktor daxil olmaqla ümumilikdə 1364 traktor, 2860 traktor qoşqusu pambıq daşınmasına cəlb edilib.
Taxıl biçinində olduğu kimi pambıq yığımında da kombaynlar yaradılmış dislokasiyaya uyğun olaraq yığımı həyata keçirirlər. Yığım zamanı kombaynlarda baş verəcək hər hansı nasazlıq prosesinin dərhal aradan qaldırılması üçün şirkətlər tərəfindən operativ təmir briqadası yaradılıb. Təmir briqadası mütəmadi kombaynlara baxış keçirir, təlimata uyğun istismarına nəzarət edir.
Hava şəraitindən asılı olaraq pambıq yığımının operativ, itkisiz, vaxtında yığılıb məntəqələrə çatdırılması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)



