Malaziya şirkəti Azərbaycanın iri yatağındakı payını satır- 2,25 MİLYARD DOLLLARLIQ MÜQAVİLƏ
"Lukoil" Azərbaycanın iri yatağında payını artırırRusiyanın "Lukoil" şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında payını artırır.
Marja "Lukoil"un yaydığı məlumata istinadən xəbər verir ki, "Lukoil" "Petronas" şirkətindən "Şahdəniz"də 15,5% payının alınması haqqında müqavilənin imzalanacağını elan edib.
Məlumata görə, sövdələşmənin dəyəri 2,25 mlrd. ABŞ dollarıd təşkil edəcək. Müqavilənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) razılığı da daxil olmaqla şərtləri yerinə yetirildikdən sonra bağlanacağı gözlənilir.
Xatırladaq ki, "Petronas", 15,5 faizlik payını 2014 -cü ildə Statoil-dən (indiki Equinor) almışdı.
Sövdələşmə bitdikdən sonra "Lukoil"un "Şahdəniz" layihəsindəki payı 10%-dən 25,5%-ə yüksələcək və layihədə pay bölgüsü belə olacaq: BP – 28,8%, "Lukoil" – 25,5%, TPAO – 19%, SOCAR – 10%, NICO – 10% və SGC – 6,7%. Sövdələşmə bir sıra şərtlərin (o cümlədən SOCAR-la razılaşdırma) yerinə yetirilməsindən sonra bitəcək.
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.
Xatırladaq ki, bu yaxınlarda BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) geoloji-kəşfiyyat layihəsindəki iştirak payının 25%-ni "Lukoil" şirkətinə satmağı razılaşdırıb. Sövdələşmə bitdikdən sonra AYDH sazişində iştirak payları belə olacaq: SOCAR-ın Ortaq Neft Şirkəti – 50%, BP – 25% və "Lukoil" – 25%. Bu sövdələşmənin Azərbaycan hökuməti tərəfindən təsdiq olunduqdan sonra 2021-ci il 1 iyul tarixindən qüvvəyə minməklə bu ilin dördüncü rübündə başa çatacağı gözlənilir.
XXX
ЛУКОЙЛ УВЕЛИЧИВАЕТ ДОЛЮ В ПРОЕКТЕ ШАХ-ДЕНИЗ В КАСПИЙСКОМ МОРЕ
7 октября 2021 г.
ПАО «ЛУКОЙЛ» сообщает о подписании соглашения о приобретении у компании PETRONAS 15,5%-ной доли участия в газовом проекте Шах-Дениз в азербайджанском секторе Каспийского моря. Сумма сделки составит 2,25 млрд долл. США, её закрытие ожидается после выполнения отлагательных условий, включая согласование Государственной нефтяной компании Азербайджанской Республики SOCAR.
После закрытия сделки доля ЛУКОЙЛа в проекте Шах-Дениз увеличится с 10% до 25,5%. Прочими участниками проекта Шах-Дениз являются оператор bp (28,8%), ТРАО – 19%, SOCAR – 10%, NICO – 10% и SGC – 6,7%.
«Порядка тысячи компаний с российским капиталом, включая ЛУКОЙЛ, интегрированы в реализацию Плана действий по развитию ключевых направлений российско-азербайджанского сотрудничества, подписанного в 2018 году в ходе встречи глав государств - Владимира Владимировича Путина и Ильхама Гейдар оглы Алиева. Увеличение нашей доли участия в проекте Шах-Дениз открывает новые возможности синергии в перспективных отраслях национальных экономик. За два с половиной десятилетия ЛУКОЙЛ наработал колоссальный опыт на Каспии - в стратегическом для нас регионе, создав серьёзную добычную и транспортную инфраструктуру. И мы гордимся тем, что прикаспийские государства, лидеры нефте- и газодобычи, доверяют нашей компетенции в реализации приоритетных международных проектов», - сказал Президент ПАО «ЛУКОЙЛ» Вагит Алекперов.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
3 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
-
-
7 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
8 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
9 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
Qızıl kreditini bu banka gətirənlərə endirim var
AccessBank QSC taksi xidməti tenderi elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı

















.jpg)






