Belçika şirkətləri Azərbaycanda bərpa olunan enerji hərraclarında iştirak edə bilər
Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermans arasında görüş keçirilib.
Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan və Belçika arasında müxtəlif sahələrdə mövcud əməkdaşlıq münasibətlərindən bəhs edilib. Azərbaycanın energetika sektorunda həyata keçirdiyi islahatlar, enerji səmərəliliyi, bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, ümumilikdə enerji keçidi istiqamətində görülən işlər, hazırlanan qanunvericilik aktları, özəl investisiyaların cəlbi ilə həyata keçirilən enerji layihələri barədə məlumat verilib. Bu istiqamətdə iki ölkə arasında enerji əməkdaşlığının xüsusilə bərpa olunan enerji sahəsi üzrə inkişafı perspektivlərindən bəhs edilib, Belçika şirkətlərinin bərpa olunan enerji hərraclarında iştirakının əməkdaşlıq üçün əlavə imkanlar yarada biləcəyinə inam ifadə olunub.
Azərbaycanın müəllifi olduğu mühüm enerji layihələrinin regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələr, xüsusilə enerji mənbə və marşrutlarının diversifikasiyasına xidmət edən “Cənub Qaz Dəhlizi”nin qlobal enerji təhlükəsizliyi kontekstində əhəmiyyəti vurğulanıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)





.jpg)


