OPEC neftə tələbatın artmasını dayanacaq əsas amilin elektrikli avtomobillər olacağını hesab edir
Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) bu gün dərc etdiyi World Oil Outlook (WOO) hesabatına əsasən, qlobal avtomobil parkı 2045-ci ilə qədər təxminən iki dəfə artaraq 2,6 milyard ədədə çatacaq. Eyni amanda, elektrikli nəqliyyat vasitələrinin (elktromobillərin) parkda payı (xüsusi çəkisi) 20%-ə qədər artacaq. Elektrikli avtomobillərin sayı 2045-ci ilə qədər 500 milyon ədədə çatacaq.
OPEC mütəxəssisləri yazır: "Neftə olan tələbatın uzunmüddətli artımı, elektrikli avtomobillərin getdikcə artması ilə məhdudlaşacaq".
OPEC hesab edir ki, nəqliyyat seqmentində neftə olan tələbat 2045-ci ilə qədər gündə 46-46,5 milyon barellik dəhlizdə sabit qalacaq.
Eyni zamanda, daxili yanma mühərriki olan avtomobillər böyük bir paya sahib olmağa davam edəcək - 76%, bu da əsasən inkişaf etməkdə olan ölkələrin tələbatı ilə təmin ediləcəkdir.
Hesabatda qeyd olunur ki, elektrik mühərriklərinə keçid ötən ilin hesabatında proqnozlaşdırıldığından daha sürətli gedir. Həmçinin, pandemiyanın səbəb olduğu böhranın elektrikli avtomobil bazarına çox da təsir etmədiyi qeyd edilib.
Elektrikli avtomobillərə kütləvi keçid alternativ enerji mənbələri hesabına enerji istehlakının artmasına səbəb olacaq. "Bu, enerji balansında neftin payına təsir edəcək", - hesabatda deyilir.
Eyni zamanda, OPEC ekspertləri əlavə edirlər ki, bu tendensiya təkcə nəqliyyat sektoruna deyil, həm də sənayeyə, mənzil -kommunal xidmətlərə təsir edəcək.
2035-DƏN NEFTƏ TƏLABATIN ARTMASI DAYANACAQ VƏ SABİTLƏŞƏCƏK
Hesabatda qeyd edilib ki, qarşıdakı beş il ərzində neftə olan tələbat bərpa olunacaq və gündəlik 104,4 milyon barrelə çatacaq. 2026 -cı ildən sonra isə inkişaf etmiş ölkələr hesabına neft istehlakı yavaşlamağa başlayacaq. 2035-ci ildən sonra təlabatın artması dayancaq və sabitləşəcək.
Ümumiyyətlə, 2045 -ci ilə qədər olan dövrdə neftə olan tələbat 2020 -ci ildəki bazar ilə müqayisədə 17,6 milyon barel artacaq - 90,6 milyon bareldən 108,2 milyon barelə yüksələcəkdir.
OPEC -in proqnozuna görə, 2019-2026-cı illərdə neftə tələbat gündəlik 13,8 milyon barel artacaq. Eyni zamanda, bu artımın böyük hissəsi (80%-i) 2021-2023-cü illərdə, dünya uzun müddət kilidləndikdən açıldıqdan sonra istehlakın artması ilə baş verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
20 d. əvvəl
Ermənistan Naxçıvanla sərhəddə gömrük və sərhəd terminalları inşa etmək niyyətindədir
- 36 d. əvvəl
- 38 d. əvvəl
-
1 saat əvvəl
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda inflyasiyanın artım sürəti yavaşlayıb - 5,5%-DƏN 5,2%-Ə DÜŞÜB
-
1 saat əvvəl
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bank Gəncə filialı üçün mebel alır - TENDER
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
Azərbaycanda külək və günəş enerjisi istehsalı artıb - 2025-ci ildə elektrik enerjisinin istehsalı göstəriciləri açıqlandı
Ən çox oxunanlar
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
ABŞ 2025-ci il üçün neft qiyməti proqnozunu yüksəltdi
Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir
Qızıl və gümüş daha da bahalaşdı
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
"Allianz" Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb























