"Festivala 700 min manat xərclədik, büdcəyə 5,6 milyon daxil oldu"
“Ümumən festivalın keçirilməsinə cəmi 700 min manat xərclənib. Ümumi büdcə 1 milyon manatı keçməyib. Büdcəyə isə 5,6 milyon manat vəsait daxil olub”.
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Şopinq Festivalının nəticələrinə həsr olunan tədbirdə deyib. Nazir bildirib ki, bu, kifayət qədər müsbət nəticədir: “Festivalın keçirilməsi ilk növbədə iqtisadi amillərlə bağlıdır. Festivalın keçirilməsi haqqında qısa müddətdə qərar verildi və hazırlıq işlərinə başlanıldı. Müvafiq dövlət orqanlarının səylərinin nəticəsində bu festival yüksək səviyyədə baş tutdu. Biz ehtimal edirik ki, bu ilin axırına qədər bütün festivalların keçirilməsi nəticəsində büdcəyə 40-50 milyon vəsaitin daxil olmasına nail olunacaq. Festivaldan 98 faiz iştirakçı məmnun qalıb. Festival beynəlxalq və yerli medianın geniş müzakirə mövzusuna çevrildi. Eyni zamanda sosial şəbəkələrdə böyük marağın şahidi olduq”.
Nazir əlavə edib ki, növbəti festival üçün bu gündən etibarən hazırlıqlara başlanacaq.
Qeyd edək ki, Bakı Şopinq Festivalının ümumi dövriyyəsi 18 milyon 167 min 892 manat olub.
©APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 4 d. əvvəl
-
56 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı




















