Nazir: "Shopping Festival"ı zamanı Azərbaycana 187,6 min turist gəlib"
Bakı Ticarət Festivalı (Baku Shopping Festival) çərçivəsində aprel ayı ərzində Azərbaycana 187 577 turist gəlib ki, bu da 15 hədəf ölkə üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 23% artım deməkdir.
Bunu festivalın yekunlarına həsr olunmuş tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Ə.Qarayevin sözlərinə görə, mayın ilk 10 günündə Azərbaycana 70 776 turist gəlib: "Bu da 15 hədəf ölkə üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 32% artım deməkdir".
"Festival müddətində 205 mağaza iştirakçı kimi qeydiyyatdan keçib və onlardan 172-si ƏDV qaytarma proqramına qoşulub. Festivalın "tax free" sistemi çərçivəsində 23 242 ədəd hesab-faktura verilib. Təsdiqlənmiş fakturalar üzrə ümumi dövriyyə 18 167 892 manat təşkil edib və banklar alıcılara 1,8 mln. manat məbləğində ƏDV qaytarıb", - deyə nazir əlavə edib.
Xatırladaq ki, Vergilər Nazirliyinın yaydığı məlumatda dövriyyə və ƏDV ilə bağlı rəqəmlər fərqli olub. Belə ki, Nazirlik festival çərçivəsində ümumi dövriyyənin 15 471805 manat, alıcılara qaytarılmış ƏDV-nin isə 1 533006manat olduğunu bəyan edib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)






.jpg)
