AQTA və “Rosselxoznadzor” rəhbərləri görüş keçirdi
İdxal-ixrac əməliyyatları zamanı bəzi bitkiçilik məhsullarının fumiqasiya edilməsi, həmçinin soyuducu anbarlarda soyuq rejimdə saxlanılmaqla ixrac olunması, alma və pomidor məhsullarının dəmiryolu nəqliyyatı vasitəsilə daşınma icazəsinin uzadılması, kooperativlərə üzv olan bir neçə kiçik müəssisəyə fitosanitar sertifikatların verilməsi ilə bağlı məsələlər də müzakirə olunub.Sentyabrın 17-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında videokonfrans formatında görüş keçirilib.
AQTA-nın yaydığı məlumatda bildirilir ki, görüşdə Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan bitkiçilik məhsulları üzərində həyata keçirilən nəzarət, bitki zərərvericiləri və viruslara qarşı təsərrüfatlarda davamlı olaraq aparılan mübarizə tədbirləri, ixrac olunan məhsul partiyalarından götürülən nümunələrin laborator müayinələrə cəlb olunması ilə bağlı müzakirələr aparılıb.
Daxil olan bildirişlərlə bağlı araşdırmaların aparıldığını diqqətə çatdıran AQTA sədri Qoşqar Təhməzli Rusiyaya ixrac olunan çəyirdəkli və tumlu meyvələrdə qonur monilyoz çürümə göbələyi ilə bağlı müayinələrin aparıldığını və bu istiqamətdə mütəxəssislər tərəfindən monitorinqlərin həyata keçirildiyini bildirib.
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Sergey Dankvert iki ölkə arasında qida təhlükəsizliyi, həmçinin bitki sağlamlığı sahələrində əməkdaşlığın daha da genişləndiyindən məmnunluğunu ifadə edib.
Tədbirdə idxal-ixrac əməliyyatları zamanı bəzi bitkiçilik məhsullarının fumiqasiya edilməsi, həmçinin soyuducu anbarlarda soyuq rejimdə saxlanılmaqla ixrac olunması, alma və pomidor məhsullarının dəmiryolu nəqliyyatı vasitəsilə daşınma icazəsinin uzadılması, kooperativlərə üzv olan bir neçə kiçik müəssisəyə fitosanitar sertifikatların verilməsi ilə bağlı məsələlər də müzakirə olunub.
Sonda tərəflər ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələlər və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)









.jpg)
