Taxıl biçinindən sonra qarğıdalı əkini aparıb - “Ayın fermeri” seçildi
Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında elan edilən “Ayın fermeri” müsabiqəsinin qalibi müəyyənləşib.
Müsabiqədə iştirak üçün 23 rayondan ümumilikdə 38 fermer müraciət edib. Müsabiqənin iki mərhələsi üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndirilib.
Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində taxılçılıqda yüksək məhsuldarlıq əldə etdiyinə görə fermer Qulu Novruzov “Ayın fermeri” müsabiqəsinin qalibi elan edilib. Salyan rayonunda 23 ildir taxılçılıqla məşğul olan Qulu Novruzov düzgün aqrotexniki qulluq nəticəsində taxıl sahəsindən buğda üzrə orta hesabla 53 sentner, arpa üzrə 42 sentner məhsul əldə edib. Taxıl biçinindən sonra fermer Qulu Novruzov əkin sahəsindən səmərəli istifadə edərək bir təsərrüfat ilində iki dəfə məhsul əldə etmək məqsədilə 190 ha sahədə təkrar qarğıdalı əkini aparıb.
Qeyd edək ki, “Ayın fermeri” müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.
Xatırladaq ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)








