VEYSƏLOĞLU Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlığa başladı
Tərəflər əmək bazarında ciddi zərurət olan peşə və yüksək peşə hazırlıqlı kadrların yetişdirilməsi və işlə təmin olunması istiqamətində birgə fəaliyyət göstərəcəklər(®️) VEYSƏLOĞLU Şirkətlər Qrupu təhsil müəssisələri ilə əməkdaşlq çərçivəsini genişləndirir. Şirkətlər Qrupu geniş yayılmış ali təhsil müəssisləri ilə əməkdaşlıq ənənəsindən kənara çıxaraq peşə ixtisas təhsil qurumları ilə də əməkdaşlığa başlayır.
Bu perspektivlə VEYSƏLOĞLU Şirkətlər Qrupu ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
Əməkdaşlıq çərçivəsində tərəflər təcrübə mübadiləsi edəcək və əmək bazarında ciddi zərurət olan peşə və yüksək peşə hazırlıqlı kadrların yetişdirilməsi və işlə təmin olunması istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, memoranduma görə, razılaşdırılmış istiqamətlər üzrə peşə və yüksək peşə təhsili alanların istehsalat təcrübə proqramlarında iştirakının təmin edilməsi, Şirkətlər Qrupunda texniki peşə sahiblərinin ixtisaslarının artırılması və əməkaşların bilik və bacarıqlarının qiymətləndirilməsi istiqamətində işlər görüləcək.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi müasir təhsil standartlarına əsaslanan peşə təhsili müəssisəsidir. Mərkəzdə avtomatika, mexanika, İKT və digər istiqamətlər üzrə bilik və bacarıqlar əldə etmək istəyən tələbələr üçün imkanlar yaradılıb.
27 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan VEYSƏLOĞLU Şirkətlər Qrupu topdan satış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Bu gün VEYSƏLOĞLU Şirkətlər Qrupu 17 mindən çox əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
4 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 16 d. əvvəl
- 18 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq

























