ABB: Sahibkarlar E-manatla pulsuz mədaxil edə bilərlər
(®️) Sahibkarların etibarlı maliyyə tərəfdaşı olan ABB onlar üçün daha bir imkan yaradıb. Hüquqi şəxslər və fərdi sahibkarlar artıq E-manat terminalları vasitəsilə gündəlik 15000 manatadək mədaxil əməliyyatlarını heç bir komissiya haqqı ödəmədən həyata keçirə bilərlər. Buna qədər belə əməliyyatlar üçün komissiya haqqı ödənilməli idi. İndi isə mədaxil əməliyyatlarını banka gəlmədən, çox rahat şəkildə, ən yaxın E-manat köşkündə yerinə yetirmək olar.
İş adamlarının rahatlığı və vaxtına qənaət üçün ABB maliyyə xidmətlərindən məsafədən istifadə imkanlarını getdikcə genişləndirir. Korporativ müştərilər banka gəlmədən məsafədən hesab aça, ABB-nin İnternet Bankçılıq xidməti ilə bir çox əməliyyatlarını da onlayn qaydada yerinə yetirə bilirlər.
Ölkədə kiçik və orta biznesin inkişafına davamlı dəstək verən ABB tərəfindən yaradılan Sahibkarlar Klubunun üzvlərinə müxtəlif çeşiddə məhsul və xidmətlər xüsusi güzəştlərlə təqdim edilir. Fərdi sahibkarlar və hüquqi şəxslər ABB-nin təqdim etdiyi xidmət paketlərindən faydalanaraq tez-tez istifadə etdikləri bir çox kompleks bank xidmətlərini ABB-dən ödənişsiz, yaxud böyük güzəştlərlə əldə edə bilərlər. Müvafiq xidmət paketlərindən yararlanmaqla hesabdan nağd vəsaitin verilməsi, ölkədaxili və ölkəxarici köçürmələr, əməkhaqqı layihəsi çərçivəsində kartların sifarişi və kartlara vəsaitin köçürülməsi, bir sıra korporativ və biznes kartlarının sifarişi, POS-terminallar üçün aylıq xidmət haqqı və bu kimi digər xidmətlərdən tamamilə pulsuz istifadə etmək, digər xidmətlərdən isə endirimlərlə faydalanmaq mümkündür. Qeyd edək ki, “Sahibkarlar Klubu” haqqında ətraflı məlumatı bu keçiddən istifadə edərək əldə etmək mümkündür.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)





.jpg)







