"S&P Global Ratings" Azərbaycanın bank sektorunu qiymətləndirdi
"S&P Global Ratings" ("S&P") reytinq agentliyi Azərbaycanın bank sektorunun yeni qiymətəndirməsini aparıb və "Banking Industry Country Risk Assessment" (BICRA) sisteminə görə ölkənin bank sistemini "9" qrupunda qərarlaşdırıb.
"S&P"nin verdiyi məlumata görə, "9" qrupunda olan digər ölkələr Qazaxıstan, Türkiyə, Keniya, Vyetnam, Monqolustan, Misir və Argentinadır. Sözügedən BICRA sistemi bankın lövbərini müəyyən etmək üçün istifadə olunur və daha sonra emitentin kredit reytinqini təyin edilməsində başlıca amillərdən sayılır. Hazırda yalnız Azərbaycanda fəaliyyət göstərən banklar üçün lövbər "b+" səviyyəsindədir. "S&P"yə görə, lövbərin bu səviyyədə olması yüksək kredit riski, dövri iqtisadiyyat və bankların keçmişdə nisbətən aqressiv kreditləşmədən istifadə etməsi kimi özünəməxsus riskləri özündə birləşdirir.
Reytinq agentliyinə görə, Azərbaycan bank sisteminin güclü tərəfləri ölkənin böyük xarici aktivlərə malik olması və aşağı borclanmanın iqtisadi tənəzzüllə əlaqəli riskləri qismətən azaltmasıdır. Bundan əlavə, qlobal müqayisədə orta səviyyədə ölçülən özəl sektorun borcu və yerli maliyyə sisteminin xarici maliyyələşdirmədən asılılığının olmaması yerli bank sisteminin güclü amillərinə aiddir.
Ölkənin bank sisteminin zəif nöqtələrinə töxunan "S&P"nin analitikləri bildirir ki, COVID-19 pandemiyasından qaynaqlanan yüksək iqtisadi risklər, əmanətlərin yüksək dollarlaşmasının bank sektorunda pul və kredit risklərini artırması və qlobal müqayisədə zəif idarəçilik və şəffaflıq bank sektorunun zəif tərəfləridir.
Qeyd edək ki, iqtisadiyyatın və bank sektorunun güclü və zəif tərəfləri bir ölkənin maliyyə qurumlarının kredit qabiliyyətini dəstəkləyən kritik faktorlardır. "S&P" bu təhlili "qlobal bank sistemlərini qiymətləndirmək və müqayisə etmək üçün hazırlanmış" tək bir BICRA qiymətləndirmə sistemində təhlil edir.
"S&P"nin BICRA qiymətləndirmə sisteminə əsasən, ən aşağı riskli bank sistemləri qrup "1"də, ən yüksək riskli bank sistemləri isə qrup "10"da qərarlaşır. Qrup "1" də heç bir ölkənin olmadığı halda, qrup "2"də əsasən inkişaf etmiş ölkələr qərarlaşıb. Bunlar Avstriya, Belçika, Kanada, Finlandiya, Almaniya, Honkonq, Lixtenşteyn, Lüksemburq, Norveç, Sinqapur, İsveç və İsveçrədir. Riskə ən çox məruz və hazırda "10" qrupda qərarlaşan ölkələr isə Belarus, Nigeriya, Şri-Lanka, Tunis və Ukraynadır.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 saat əvvəl
Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu
-
4 saat əvvəl
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
-
-
17 saat əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 1 gün əvvəl
-
1 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
1 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
2 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
























