“Azərbaycanda araq istehsal edən müəssisələr spirti bizdən alır”
“Göygöl Şərab” zavodu əsasən daxili bazarı təmin etsə də, bizim ixrac üçün də yaxşı imkanlarımız var. Bizim şərab nümunələri Çinə göndərilib və bununla yanaşı, biz Ukrayna, Belarus və Qazaxıstanla da əlaqələr qururuq.
“Marja” xəbər verir ki, bunu “Göygöl Şərab” zavodunun Müşahidə Şurasının sədri Məmməd Axundov bildirib.
O qeyd edib ki, cəmiyyət iki müəssisədən ibarətdir: 1860 ildə təsis edilmiş və Azərbaycanın ilk şərab zavodu olan “Göygöl Şərab” və spirt zavodu. “Göygöl Şərab” zavodunda istənilən növ şərab istehsal olunur. Bundan başqa, burada müxtəlif növ şampan və konyak da təklif edilir.
“Qeyd etmək lazımdır ki, biz konyak hazırlamaq üçün xammalı, konyak spirtini şəxsi müəssisəmizdə istehsal edirik. Bundan başqa, zavod Kürəkçay dağ çayından gətirilən su əsasında mineral, süfrə sularının istehsalını da mənimsəyib. Spirtsiz məhsul xəttinə doqquz içki, təbii inqrediyentli limonadlar daxildir”.
Məmməd Axundov qeyd edib ki, zavodun mühüm məhsulu araqdır. Qeyd etməliyəm ki, bu məhsul zavodda istehsal edilmiş yerli spirt əsasında hazırlanır. Bu gün Azərbaycanda araq istehsal edən müəssisələr spirti məhz bizdən alır. Biz bu lüks kateqoriyalı, yüksək keyfiyyətli xammalı dəfələrlə beynəlxalq sərgilərə və Moskvada dequstasiyaya göndərmişik və burada müəyyən mükafatlar qazanmışıq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
-
6 d. əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 24 d. əvvəl
- 54 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb































