Unibank maliyyə vəziyyətini açıqladı
Bankın əldə etdiyi xalis mənfəət 4 milyon manatdır“Unibank” KB ASC 2021-ci ilin 1-ci yarımilinin maliyyə nəticələrini açıqlayıb.
Bankdan Marja-ya daxil olmuş məlumatda qeyd edilib ki, Bank hesabat dövrünü əksər sahələrdə müsbət göstəricilərlə başa vurub. Bu ilin 1-ci yarısında “Unibank”ın əldə etdiyi əməliyyat mənfəəti 2020-ci ilin ilk yarısı ilə müqayisədə 78 % artaraq 9 milyon manat olub. 30 iyun 2021-ci il tarixinə Bankın əldə etdiyi xalis mənfəət isə (prudensial hesabat üzrə) 4 milyon manatdır.
Bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib. Maliyyə nəticələrinə əsasən, 1-ci yarımil ərzində “Unibank”ın aktivlərinın həcmində 77 milyon manat artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 893 milyon manat təşkil edib.
Bu ilin əvvəlindən etibarən, Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Birinci yarımildə “Unibank”ın ümumi kredit portfelinin həcmi 94 milyon manata yaxın- 17% artıb. Kredit portfelinin təhlili göstərir ki, hesabat dövründə biznesin kreditləşməsi kəskin artıb. Unibank üçün hər zaman prioritetlər sırasında olan biznes sektoruna verilmiş kreditlərin məbləği ilin əvvəlindən 30 iyunadək 92 milyon manat təşkil edib. Bu müddətdə təkcə mikro, kiçik, orta sahibkarlığa ayrılan kreditlərin həcmi ötən ilin birinci yarısı ilə müqayisədə 68% artıb. Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində bank bu ilin birinci yarısında da pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət zəmanətli, güzəştli kreditlərin ayrılmasını davam etdirib. Unibank Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlıq nəticəsində 6 ay ərzində kənd təsərrüfatı təyinatlı güzəştli mikrokreditlər ayrılıb. Hər iki Fondla əməkdaşlıq çərçivəsində Bank tərəfindən sahibkarlara 4 milyon manatdan çox kredit verilib.
“Unibank”ın depozit portfeli də ilin ilk yarısı xeyli böyüyüb. Müddətli depozitlər ilin əvvəlindən 29% artaraq 30 iyun 2021-ci il tarixinə 439 milyon manat təşkil edib. Ölkədə nağdsız ödənişlərin və elektron ticarətin inkişafına daim dəstək verən Unibank, bu ilin ilk yarısında da bu sahəyə öz töhfəsini verib. Yarım il ərzində dövriyyədə olan plastik kartların sayı nəzərəçarpacaq dərəcədə artıb. Ötən ilin sonu ilə müqayisədə təkcə debet kartlar 18% artaraq 449 minə çatıb.
Ölkə əhalisinə məsafədən bank xidmətinin göstərilməsini daha da zəruri edən son ildə “Unibank”ın UBank tətbiqinin istifadəçilərinin sayı da artmaqdadır. Bu ilin əvvəlindən UBank-da qeydiyyatdan keçənlərin sayı 26% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk yarısında mobil tətbiq vasitəsilə aparılan kartla əməliyyat dövriyyəsi 42%, say olaraq isə 46% artıb.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 29 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)






