Yaşıl Kart Sistemi üzrə bağlanan müqavilələrin sayı azalıb, sığorta haqları isə artıb
2020-ci ilin yanvar-iyun ayları ərzində 8345 sığorta müqaviləsi rəsmiləşdirilmiş və 1 milyon 66 min 243 manat sığorta haqqı toplanmışdır.
İcbari Sığorta Bürosunun yaydığı məlumata görə, 2021-ci ilin müvafiq dövründə isə 5919 sığorta müqaviləsi rəsmiləşdirilmiş və həmin müqavilələr üzrə 1 milyon 237 min 159 manat sığorta haqqı toplanmışdır. 6 aylıq nəticələr bağlanan sığorta müqavilələrinin sayında 29% azalma, sığorta haqlarında isə 16% artımın olduğunu deməyə əsas verir.
Sığorta müqavilələrinin sayında azalma olsa da, toplanan sığorta haqlarında artım müşahidə olunmasının təməl səbəbi minik avtomobillərinin xarici dövlətlərə çıxışının kəskin azalmasıdır.
Beləliklə, 2020-ci ilin ilk 6 ayında Yaşıl Kart sığorta müqavilələri üzrə ortalama sığorta haqqı 127.77 manat, 2021-ci ilin müvafiq dövründə isə 209.35 manat olmuşdur.
2020-2021-ci illərin yanvar-iyun ayları üzrə verilmiş sığorta ödənişləri
2020-ci ilin yanvar-iyun ayları ərzində 193 yol nəqliyyat hadisəsinə görə 498 min 353.01 manat, 2021-ci ilin müvafiq dövründə isə 100 yol nəqliyyat hadisəsinə görə 258, min 96.47 manat sığorta ödənişi həyata keçirilmişdir.
2020-ci ilin yanvar-iyun ayları ərzində bir hadisə üzrə ortalama sığorta ödənişi 2,570 manat, 2021-ci ilin yanvar-iyun ayları ərzində isə 2,587 manat təşkil etmişdir.
Hadisələrin önəmli hissəsi 2020 və 2021-ci ilin ilk 6 ayında Rusiya və Türkiyə Respublikasında baş vermişdir.
Zərərlilik nisbəti
2020-2021-ci illərin ilk 6 aylıq dövrünə əsasən xarici ölkələrdə baş vermiş hadisələr üzrə zərərlilik nisbətləri ciddi fərqlilik göstərməkdədir. Belə ki, 2020-ci ilin ilk yarısında toplanan sığorta haqlarının 47%-i həcmində sığorta ödənişi verilmiş, 2021-ci ilin müvafiq dövründə isə bu nisbət 21% olaraq ortaya çıxmışdır. Zərərlilik nisbətinin azalmasının əsas səbəbi Yaşıl Kart müqaviləsi əldə edən yük avtomobillərinin sayının artması və minik avtomobillərinin sayının azalması ilə bağlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)




