Avropanın ən iri loukosterlərindən biri yenə zərər edib
Pandemiya aviaşirkətləri sıxmaqda davam edir…Avropanın ən iri ucuzqiymətli (lou-kost) avia şirkətlərindən biri olan Ryanair cari ilin 2-ci rübünün maliyyə göstəricilərini açıqlayıb.
Marja şirkətin rəsmi səhifəsinə istinadla xəbər verir ki, aprel-iyun ayları ərzində daşınan sərnişin sayı 8,1 milyon nəfər olub. 2020-ci ilin analoji dövründə bu rəqəm 500 min sərnişin idi.
Ryanairin gəlirləri 2020-ci ilin ikinci rübü ilə müqayisədə 196% artaraq, 371 milyon avroya çatsa da, əməliyyat xərcləri də 116% yüksələrək, 675 milyon avro olub. Nəticədə şirkət cari ilin 2-ci rübünü 273 milyon avro (322 milyon dollar) zərərlə başa vurub. Müqayisə üçün: 2020-ci ilin analoji dövründə zərər 185 milyon avro təşkil etmişdi.
Ryanair koronavirus məhdudiyyətlərinin yumşaldılması səbəbindən iyul ayında sərnişin sayının 9 milyona, avqustda isə 10 milyon nəfərə çatacağını, növbəti rübdə maliyyə vəziyyətinin nisbətən yaxşılaşacağını proqnozlaşdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















