"Intel"in xalis mənfəəti 22% azalıb
Bu ilin yanvar-iyun aylarında dünyanın ən böyük kompüter komponentləri istehsalçılarından biri olan ABŞ-ın "Intel" korporasiyasının xalis mənfəəti 22% azalaraq 8 milyard 422 milyon dollar təşkil edib.
Bu barədə şirkətin rəsmi açıqlamasında deyilir.
Hesabat dövrübdə səhm üzrə mənfəət 2,06 dollar olub, halbuki bir il əvvəl 2,50 dollara bərabər idi. Şirkətin gəliri 39 milyard 304 milyon dollar təşkil edib ki, bu da keçənilki göstəricidən 1% azdır.
Cari ilin II rübünün nəticələrinə görə, "Intel"in mənfəəti illik ifadədə 1%-dək azalaraq 5 milyard 61 milyon dollar təşkil edib. Hesabat dövründə hər səhm üzrə mənfəət keçənilki 1,19 dollara qarşı 1,24 dollar olub. Şirkətin gəliri 19 milyard 631 milyon dollar (-0,5%) təşkil edib, korrektə edilmiş göstərici 17,8 milyard dollar proqnoza qarşı 18 milyard 533 milyon dollar olub.
III rübdə şirkət 19,1 milyard dollar həcmində gəlir və 1,08 dollar səhm üzrə mənfəət gözləyir. İllik proqnoz yaxşılaşdırılıb: gəlirlərin aprel ayındakı 77 milyard dollara qarşı 77,6 milyard dollar olacağı gözlənilir. "Intel" bu il səhm üzrə mənfəətin apreldəki gözlənilən 4 dollara qarşı 4,09 dollar olacağını proqnozlaşdırır.
Xatırladaq ki, ABŞ-ın "Intel" korporasiyası 1968-ci ildə təsis olunub. Şirkət mikroprosessorlar daxil olmaqla geniş spektrdə elektron cihaz və kompüter komponentləri istehsal edir.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























