“AFB Bank”ın mənfəəti 2,5 dəfə artıb
“AFB Bank” ASC 2021-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 8 milyon 183 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. “AFB Bank” ASC 2020-ci ilin 1-ci yarısını 3 milyon 222 min manat xalis mənfəət ilə bağlamışdı.
GƏLİRLƏRİ XƏRCLƏRİNİ ÜSTƏLƏYİR
Marja Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ilin birinci yarısında “AFB Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 10 milyon 422 min manat, cəmi əməliyyat xərcləri 7 milyon 937 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 2 milyon 485 min manat təşkil edib. Eyni zamanda mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatlardan azad olan 5 milyon 698 min manat mənfəətə əlavə edilib və “AFB Bank”ın mənfəəti 8 milyon 182 min manata yüksəlib.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin birinci yarısında “AFB Bank”ın cəmi əməliyyat gəlirləri 17 milyon 900 min manat, cəmi əməliyyat xərcləri 9 milyon 653 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 8 milyon 247 min manat təşkil etmişdi. Əməliyyat mənfəətindən 5 milyon 24 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrıldığından Bank həmin dövrü 3 milyon 223 min manat xalis mənfəət ilə bağlamışdı.
XƏRCLƏRİ AZALIB
2020-ci ilin ilk 6 ayında “AFB Bank”ın faiz gəlirləri 14 milyon 64 min manat ikən, 2021-ci ilin ilk 6 ayında 6 milyon 476 min manat təşkil edib. Yarımillik qeyri-faiz gəlirləri isə 3 milyon 836 min manatdan 3 milyon 947 min manata yüksəlib.
2020-ci ilin ilk 6 ayında “AFB Bank”ın faiz xərcləri 1 miylon 23 min manat ikən, 2021-ci ilin eyni dövründə 839 min manat təşkil edib. Qeyri-faiz xərcləri isə 8 milyon 631 min manatdan 7 milyon 98 min manata geriləyib.
2020-ci ilin birinci yarısı ilə müqayisədə 2021-ci ilin 1-ci yarısında “AFB Bank”ın faiz gəlirləri azalıb, qeyri - faiz gəlirləri artıb. Eyni zamanda, “AFB Bank”ın faiz və qeyri-faiz xərcləri də azalıb.
30 İyun 2021-ci il tarixində “AFB Bank” 259 milyon 397 min manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 162 milyon 416 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2020-ci ilin sonunda Bank 281 milyon 427 min manat cəmi aktivlərə, o cümlədən 182 milyon 230 min manat kredit portfelinə malik idi.
BANK NORMALARA ARTIQLAMASI İLƏ CAVAB VERİR
30 İyun 2021-ci il tarixində “AFB Bank” 84 milyon 140 min manat məcmu kapitala malik olub. Bank normalara artıqlaması ilə cavab verir. Belə ki, 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı üzrə norma minimum 5% olduğu halda “AFB Bank”da fakt 54,23%, məcmu kapitalın adekvatlıq əmsalı üzrə norma minimum 10% olmasına qarşılıq Bankda fakt 61,13% olub. Bankın leverec əmsalı isə 28,18% təşkil edib (norma minimum 4%).
2009-cu ilin Fevral ayından fəaliyyət göstərən “AFB Bank”ın nizamnamə kapitalının 99.64% -i Hikmət İsmayılova, 0,18%-i Cəmil Muradova və 0,18%-i Əkbər Abdullayevə məxsusdur. 15 fevral 2019-cu il tarixində “Gilan” MMC Bank üzrə sahib olduğu 55,447 adi səhmi (99.64% pay) Hikmət İsmayılova satmışdır.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 7 d. əvvəl
-
-
25 d. əvvəl
İşdən qanunsuz çıxarılmış 53 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
-
3 saat əvvəl
Tramp İranın ali lideri ilə “razılaşma əldə etmək üçün” görüşə biləcəyini deyib
-
3 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
İyunun 6-da gözlənilən hava şəraiti
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Rəsmi məzənnələr açıqlandı
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!






















