"Azərbaycanda belə nəhəng qazma qurğusu tikilməyib"
“Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz yeni yarımdalma qazma qurğusunun istifadəyə verilməsini qeyd edirik. Bununla bağlı bütün Azərbaycan xalqını təbrik edirəm”.
Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində bildirib.
Dövlət başçısı deyib ki, bu, Azərbaycan neft sənayesində çox tarixi bir hadisədir:
“Çünki bu günə qədər Azərbaycanda belə nəhəng qazma qurğusu tikilməyib. Bu qazma qurğusunun inşasında iştirak etmiş bütün işçiləri təbrik edir, onlara minnətdarlığımı bildirirəm. Bu qurğunun inşasında iştirak edənlərin əksəriyyəti Azərbaycan vətəndaşıdır. Xarici tərəfdaşlarla növbəti uğurlu layihənin uğurla icra edilməsini görürük. Bu da reallıqdır. Çünki Azərbaycan uzun illərdir ki, xarici tərəfdaşlarla uğurlu əməkdaşlıq edir. Azərbaycana investisiyalar xarici şirkətlər tərəfindən qoyulub. Bu qurğuya isə Azərbaycan dövləti tərəfindən investisiya qoyulub. Biz neftdən əldə edilmiş gəlirləri o cümlədən belə nəhəng layihələrə yönəldirik. Bu layihənin icrası üçün həm Dövlət Neft Fondundan, həm ARDNŞ-dən qoyulan vəsait 1 milyard dollara yaxındır. Bu, həm bizim gücümüzü, həm də imkanlarımızı göstərir. Həm də göstərir ki, Azərbaycanda neft sənayesi uğurla inkişaf edir. Xarici şirkətlər Azərbaycana sərmayə qoyanda bizim əsas şərtlərimizdən biri o idi ki, bu sərmayələr eyni zamanda Azərbaycanda neft sənayesinin inkişafına xidmət göstərsin. Azərbaycanda iş yerləri yaradılsın, işçilər yaxşı maaş alsın, onların peşəkarlığı artsın, onlar üçün təlim kursları keçirilsin. Bu gün biz bunu görürük. Bu gün Azərbaycan vətəndaşları bütün əsas neft layihələrində uğurla işləyirlər, həm özləri, həm də ölkə üçün böyük fayda qazanırlar. Bu qazma qurğusunun yaradılması tarixi hadisədir və təsadüfi deyil ki, bu qazma qurğusuna ulu öndər Heydər Əliyevin adı verilib. Heydər Əliyev Azərbaycan neft sənayesinin banisidir, Heydər Əliyevin neft strategiyası bu gün uğurla icra edilir”.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 2 d. əvvəl
-
54 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















