Coca-Cola mənfəətini 50%-ə yaxın artırıb
Qazlı içki sektorunun nəhəngi pandemiyadan əvvəlki nəticələri də üstələyib...Dünyanın ən çox sevilən markalarından biri olan Coca-Cola bugün cari ilin 2-ci rübünün nəticələrini açıqlayıb.
Şirkətin satışları 43% artaraq, 10,12 milyard dollara çatıb. Bütün məhsul seqmentlərində ikirəqəmli artım qeydə alınıb. Belə ki, qazlı spirtsiz içkilər 14%, o cümlədən Coca-Cola markası 12%, Sprite və Fanta isə 18% artıb. Bu göstəricilər təkrəqəmli artımın baş verdiyi 2019-cu ilin müvafiq dövrünü də üstələyib.
Şirələr, süd məhsulları və bitki tərkibli içkilərdə satış 25%, idman içkilərində 35%, Costa markalı kofelərdə isə ən çox - 78% böyüyüb. Əməliyyat marjası 30%-ə çatıb, xalis mənfəət 49% artaraq, 2,62 milyard dollar təşkil edib.
Şirkət bu il ümumi gəlirlərin 12-14% artacağını proqnozlaşdırır. Coca-Cola-nın səhmləri ilin əvvəlindən 2% artaraq, onun bazar dəyərini 241 milyard dollara çatdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 21 saat sonra
-
-
39 d. əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq"
-
4 saat əvvəl
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Ən çox oxunanlar
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"


























