Tesla sahibləri üçün yeni imkan - ayda 199 dollara avtopilotda sürmək
Bunun üçün Teslanın ən yeni kompüterini də almalısınız...Elektrikli avtomobillər bazarının lideri Tesla müştəriləri üçün yeni premium dəstək paketini təqdim edib.
Marja xəbər verir ki, əvvəl təklif olunan 10 min dollarlıq birdəfəlik ödəmə əvəzinə, avtomobil sahibləri ayda 199 dollarlıq (vergi xaric) abunə proqramına qoşulmaqla Full Self-Driving (FSD) adlanan sürücüyə dəstək-naviqasiya proqramından istifadə edə biləcək.
Təklif olunan yeniliklərə avtopilotda naviqasiya, hərəkət zolağının avtomatik dəyişdirilməsi, avtoplitoun köməkliyi ilə park etmə, işıqforda və dayanma işarəsi olan yerlərdə avtomatik dayanmaq və s. daxildir. Lakin bu xüsusiyyətlər avtomobilin sürücüsüz idarə olunması demək deyil. Sükan arxasındakı şəxs yenə də nəzarətinə davam etməlidir.
Teslanın ən son Y modelində FSD proqramına qoşulmaq üçün komponentlər əvvəlcədən olsa da, digər modellərin sahibləri əlavə olaraq Teslanın Hardware3 adlı kompüterini alıb quraşdırmalıdır. Bunun üçün isə 1500 dollardan keçmək lazımdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























