Qanda şəkərin miqdarını ağrısız təyin etmə üsulu - dünyada bir ilk!
Bundan sonra barmağınızı tez-tez deşməyə ehtiyac qalmayacaq..Avstraliya alimləri şəkərli diabet xəstələri üçün qandakı şəkərin miqdarını ağrısız təyin edən yeni test hazırlayıb.
Marja xəbər verir ki, dünyada ilk olan bu üsulda ənənəvi şəkildə olduğu kimi, xəstələr tez-tez iynə ilə barmaqlarını deşməli olmayacaqlar. Yeni üsul qanda şəkərin miqdarını tüpürcək vasitəsilə təyin etməyə imkan verir.
Hazırda şəkərli diabet xəstələri qanda şəkərin miqdarına nəzarət etmək üçün daha çox yayılmış üsuldan istifadə edir - barmaqlarını kiçik iynə vasitəsilə deşirlər və qan damcısını test zolağının üzərinə qoyaraq, nəticəni əldə edirlər. Bu isə müəyyən qədər ağrılı prosedur olaraq, bir çox xəstələrdə diskomfort yaradır. Yeni üsul isə şəkərli diabetdən əziyyət çəklən insanlar üçün rahatlıq təmin edəcək.
Sınaqları aparan Avstraliyanın Nyukasl Universitetinin elmi heyəti artıq hökumətdən 4,7 milyon dollarlıq maliyyələşmə də əldə edə bilib. Yeni üsul özünü sınaqlarda tam doğrultsa, test dəstələrinin istehsalı üçün müəssisə qurulacaq. Artıq Harvard Universiteti ilə birgə COVID-19 və digər xəstəliklərin də eyni üsulla təyin edilməsinə dair sınaq çalışmalarına başlanılıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 20 saat sonra
-
- 55 d. əvvəl
-
1 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
1 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı







.png)

















