YouTube müəllif hüquqları ilə bağlı məhkəmədə udub
Qlobal video platforması müğənni və musiqiçilərlə davam edən çəkişmələrdən qalib çıxıb.Qlobal video paylaşım platforması YouTube müəllif hüquqlarının pozulması ilə bağlı Avropa İttifaqındakı məhkəmə prosesini udub.
Marja xəbər verir ki, Avropanın ən ali məhkəmə qurumu olan Avropa Ədalət Məhkəməsi öz qərarında “Google-un video platforması olan YouTube-un və digər analoji saytların müəllif hüquqları mövcud olan kontentin istifadəçilər tərəfindən onlayn şəkildə qeyri-qanuni yüklənməsinə görə məsuliyyət daşımadığını” bildirib.
Bununla belə, məhkəmə məsuliyyət yaradan halları da müəyyən edib: əgər YouTube və analoji platformalar yüklənən videoların müəllif hüquqlarını pozduğunu bildiyi halda, onları dərhal silmirsə və ya bloklamırsa, bu zaman ziyana görə cavabdehlik daşıyır.
Xatırladaq ki, alman musiqiçisi və prodüser Frank Peterson 2008-ci ilə aid videolarının onun razılığı olmadan müəllif hüquqları pozularaq YouTube-a yükləndiyinə görə şirkəti məhkəməyə vermişdi. YouTube-un sözçüsü açıqlamasında son 12 ayda musiqi sənayesinə 4 milyard dollar pul ödədiklərini, bunun 30%-nin çoxlu baxış sayı yığan videolar təşkil etdiyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























