Fermerlərə yeni yerli və xarici taxıl sortları nümayiş olunub
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ETİ) Qobustan bölgə təcrübə stansiyasında “Yeni taxıl sortlarının və texnologiyaların tətbiqində özəl taxılçılıq təsərrüfatları ilə əməkdaşlıq” mövzusunda tədbir keçirilib.
Kənd təsərrüfatı naziri İnam Kərimovun iştirak etdiyi tədbirə ölkənin aparıcı taxıl toxumçuluğu müəssisələrinin rəhbərləri, toxumçu fermerlər qatılıblar.
Nazirliyin yaydığı məlumata görə, tədbirdə bölgə təcrübə stansiyasında becərilən yeni taxıl sortları nümayiş olunub, şirkətlər tərəfindən yerli və xarici sortların müqayisəli dəyərləndirilməsi aparılıb. Fermerlərə dəmyə və suvarılan torpaqlarda becərilməsi məqbul sayılan sortlar barədə məlumat verilib. Ümumilikdə stansiya ərazisində 70-dək müxtəlif yerli və xarici taxıl toxumlarının sınaq əkinləri aparılır.
Açıq səma altında keçirilən tədbirdə Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov “Taxıl istehsalında yeni sortların və innovativ texnologiyaların rolu”, Qobustan bölgə təcrübə stansiyasının direktoru Atabəy Cahangirov “Yeni taxıl sortları və toxumçuluğun təşkili” mövzusunda çıxış edib, toxumçu fermerlərin suallarını cavablandırıblar. Müzakirələrdə əkin materialı kimi sertfikatlı toxumlara üstünlük verməyin vacibliyi, yerli şəraitə və torpaq xüsusiyyətlərinə uyğun toxum seçimi, məhsuldarlığın artırılmasında aqrotexniki qulluğun rolu və digər mövzularda fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda Əkinçilik ETİ ilə özəl toxumçuluq təsərrüfatları arasında əməkdaşlıq memorandumu imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)
