Bu klinikalar vaksin yoxlanışı üçün 30 manat istəyir
İyunun 7-dən etibarən Azərbaycanda yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədilə vətəndaşlara “Pfizer” vaksini də vurulmağa başlanılıb.
Bu məqsədlə TƏBİB-in yaydığı açıqlamada qeyd olunub ki, hazırda "Pfizer” vaksini üçün peyvənd məntəqələrinin sayı artırılıb. Belə ki, həmin vaksinin istifadəsi Bakı Sağlamlıq Mərkəzi, Mərkəzi Klinik Xəstəxananın ambulatoriyası ilə yanaşı, həmçinin “Leyla Medical Center”də, “Caspian İnternational Hospital”da və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında da aparılacaq. Elə həmin məlumatda özəl klinikalara vaksin üçün müraciət etmək istəyən vətəndaşların nəzərinə çatdırılıb ki, sözügedən müəssisələrdə peyvəndlənmə prosesi müəssisənin daxili qaydalarına uyğun olaraq aparılacaq.
Artıq sosial şəbəkələrdə də sözügedən qərar birmənalı qarşılanmayaraq müzakirə edilməyə başlayıb. İstifadəçilərin sözlərinə görə, özəl klinikalara peyvənd üçün müraciət edərkən yoxlanışın pullu olacağını bilməyiblər, bu, onlar üçün "sürpriz" olub.
Sözügedən xəstəxanalarla əlaqə saxlanaraq vaksindənöncəki müayinə üçün ödənişlərin qiymətləri ilə maraqlandıq.
Məlum oldu ki, Mərkəzi Klinika və Bakı Sağlamlıq Mərkəzində vaksindən öncə vətəndaşdan müayinə üçün ödəniş tələb edilmir. “Leyla Medical Center”də, “Caspian İnternational Hospital”da isə müayinələr ödənişlidir. Belə ki, “Leyla Medical Center”də yoxlanış qiyməti 30 manat, “Caspian İnternational Hospital”da isə hər iki dozadan əvvəl 30 manat, yəni ümumilikdə 60 manat ödəniş tələb olunur. M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasının təqdim etdiyi altı fərqli şəhər nömrəsi ilə əlaqə saxlasaq da, hər bir nömrə eyni qaydada söndürüldüyündən zənglərimizə cavab ala bilmədik.
Əlavə edək ki, onlayn növbə götürmək istəyən hər bir vətəndaş randevu.its.gov.az portalında özəl klinikanı seçərsə, müəyyən müayinələrin ödənişli olacağı barədə xəbərdarlıqla qarşılaşır. Sözügedən xəbərdarlıqda bildirilir ki, özəl tibb müəssisəsində vaksinasiya üçün onlayn növbə götürüldükdə nəzərə alınmalıdır ki, tibb müəssisəsinin daxili qaydalarına əsasən peyvənd vurulmadan öncə tibbi müayinə tələb edilə bilər. Bu halda tibbi müayinə ödənişlidir və ətraflı məlumat üçün həmin tibb müəssisəsinə müraciət edilməlidir.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti




























