Gəncədə sənaye istehsalının yarıdan çoxu metallurgiya sənayesilə əlaqədardır
2021-ci il yanvar-mart aylarında Gəncə şəhərində sənaye istehsalı haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya verilən məlumata görə, şəhərdə traktor, yük avtomobili və kənd təsərrüfatı texnikası, elektron və mexaniki su sayğacları istehsalı müəssisələri fəaliyyət göstərir.
2021-ci ilin yanvar-mart aylarında Gəncə şəhərinin sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 118,2 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Sənayedə muzdla çalışan 5615 nəfər işçiyə verilən (bir nəfərə düşən) orta aylıq əməkhaqqı 555,6 manat təşkil etmişdir. Dövlət sənaye müəssisələrində işçilərin orta aylıq əməkhaqqı 537,7 manat, qeyri-dövlət sənaye müəssisələrində 573,9 manat təşkil etmişdir.
Emal sektorunun müəssisələri tərəfindən 109,3 milyon manatlıq (o cümlədən 102,9 milyon manatı qeyri-dövlət sektoru tərəfindən) məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan qida məhsulları istehsalı 30,7 milyon manat, içki istehsalı 3,6 milyon manat, metallurgiya sənayesi məhsulları 62,9 milyon manat, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 6,6 milyon manat və digər məhsulların istehsalı 5,5 milyon manat təşkil etmişdir. Yanvar-mart ayları ərzində 22777,3 ton un, 286,9 ton makaron, 57,4 min dekalitr araq, 38,0 min dekalitr şərab, 90 ədəd traktor, 7 ədəd MAZ yük avtomobili, 3,4 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 1 ədəd sair qoşqular, 4306 ədəd elektron və 58857 ədəd mexaniki su sayğacları istehsal edilmişdir.
Elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2021-ci il yanvar-mart ayları ərzində 6,4 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 2,4 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
2 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)









