Maliyyə Nazirliyi bu bankda 5 illik müddətə depozit yerləşdirib
Ötən il Azərbaycanda vahid xəzinə hesabının sərbəst qalığının idarə olunması və ya idarəetməyə verilməsindən daxilolmalar proqnozla müqayisədə az olub, 2019-cu illə müqayisədə artım isə əvvəlki illər üzrə hesablanmış vəsaitlərin büdcəyə daxilolması ilə bağlı olub.
Bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.
Vahid xəzinə hesabının sərbəst qalığının idarə olunması və ya idarəetməyə verilməsindən daxilolmalar büdcə gəlirləri təsnifatının “Xarici iqtisadi fəaliyyətlə bağlı vergilər” köməkçi bölməsinin “Sərbəst qalıq vəsaitlərinin idarə edilməsindən daxilolmalar” paraqrafında verilərək 2020-ci ildə nəzərdə tutulmuş 35 000 min manata qarşı dövlət büdcəsinə 20 513 min manat məbləğində vəsait daxil olub ki, bu da proqnoz göstəricidən 14 487 min manat və yaxud 41,4% azdır, 2019-cu ilin icra göstəricisindən (1 124,1 min manat) 19 388,9 min manat və yaxud 18,2 dəfə çox, 2018-ci ilin icra göstəricisindən (83 065 min manat) isə 62 552 min manat və yaxud 4 dəfə azdır.
Qeyd olunan mənbə üzrə hesabat ilində daxilolmaların həcminin əhəmiyyətli dərəcədə artımı əvvəlki illər üzrə hesablanmış vəsaitlərin büdcəyə daxilolması ilə əlaqələndirmək olar.
01.01.2021-ci il tarixə isə sərbəst qalığın məbləği 1 526,1 milyon manat təşkil edib. Qeyd olunan məbləğin 876,7 milyon manatı xəzinənin cari və valyuta hesab qalıqlarında, 649, 322 milyon manatı isə yerləşdirilmiş və idarəetmədə olan vəsaitlərdən ibarət olub (640,9 milyon manat Dövlət Neft Fondunda yerləşdirilmiş vəsait, 8,422 milyon manat “Azər-Türk Bank” ASC-də yerləşdirilmiş vəsait).
Vahid xəzinə hesabının qalığının 2020-ci ildə 816,1 milyon manat ekvivalentində azalması hesabat ilinin sonuna vahid xəzinə hesabının qalığının 1 526,1 milyon manat təşkil etməsinə şərait yaradıb.
Qalıq məbləğinin azalmasının əsas səbəbi kimi büdcə kəsirinin maliyyələşməsinə Vahid xəzinə hesabının qalığından 589 milyon manat vəsait ayrılmasını, Vergi Məcəlləsinin 22-1.-ci (Vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarından və digər vəsaitlərdən ayırmalar) madəsinin 3-cü yarımmadəsinə əsasən 150 milyon manat vəsait Dövlət Vergi Xidmətinə, “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”nın təsdiq edilməsi haqqında ölkə prezidentinin Fərmanına əsasən isə 51,9 milyon manat vəsaitin yerli icra hakimiyyəti orqanlarına ayrılmısını qeyd etmək olar.
Sərbəst qalıq vəsaitinin 377 milyon ABŞ dolları Dövlət Neft Fondunda idarəetmə və yerləşdirmədə, 8,4 milyon manatı isə Azər-Türk Bankda 5 il müddətinə depozitə yerləşdirilib. Digər qalıq vəsaitlər isə xəzinənin bank hesablarının qalığında cəmləşib.
Müstəqil kredit sərəncamlarının vəsaitləri isə 01.01.2021 tarixinə 3 095,7 milyon manat təşkil edib ki, bunun da 258,9 milyon manatı depozit və tapşırıq vəsaitlərin qalığından, 466,4 milyon manatı ƏDV depozit hesabının qalığından, 1 974,0 milyon manatı Təminat Fondu hesabının qalığından, 309,3 milyon manatı isə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) hesabının qalığından və 87,1 milyon manatı digər mənbələrdən ibarət olub.
Əvvəlki illərdə olduğu kimi hesabat ilindədə aylıq və rüblük təqdim edilən hesabat məlumatlarını nəzərə alaraq qeyd etmək olar ki, hesabat ili ərzində sərbəst qalıq vəsaitlərindən büdcə ili ərzində ssuda verilməsi və geri qaytarılması müşahidə olunub, depozitə yerləşdirilmə zamanı mövcud bazar prinsipləri nəzərə alınmayıb. Bütün bunlar isə, öz növbəsində, mövcud qaydaların dövlət büdcəsinə əlavə gəlir gətirmək məqsədinin təmin edilməsi istiqamətinin təkmilləşdirilməsi və bu istiqamətdə nəzarətin gücləndirilməsi zərurətinin olduğunu qeyd etmək imkanı verir.
Ümumilikdə dövlət büdcəsinin gəlir və xərclərinin icra səviyyəsi, həmçinin vahid xəzinə hesabının qalığından müvafiq qanunvericilik aktları ilə vəsait ayırmalarının həyata keçirilməsi Maliyyə Nazirliyinə məxsus sərbəst qalıq vəsaitlərinin azalmasına səbəb olub.
Sərbəst qalıq vəsaitlərinin azalmasına təsir edən səbəblərdən biri də büdcədən bir sıra dövlət müəssisələrinə və publik hüquqi şəxslərə ayrılmış vəsaitlərin bir hissəsinin tam icra edilməyərək uzun müddət onların bank hesablarında qalmasına şərait yaradıb ki, bu isə öz növbəsində büdcə üçün əlavə resurs mənbəyinə ehtiyacın artmasını şərtləndirməklə sərbəst qalıq vəsaitindən istifadənin həcminin artmasına təsirsiz ötüşməyib.
1500 MANAT KREDİT 49 MANAT ÖDƏNİŞLƏ!
Rpeort
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 13 saat sonra
-
23 d. əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
55 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 55 d. əvvəl
-
1 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 1 saat əvvəl
-
3 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 4 saat əvvəl
-
6 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi



















