Avtomobil istehsalçılarından hökumətə çağırış: “pul verin, çip düzəldək”!
İstehsalın azaldılması 27 min insanı işsiz qoyub...ABŞ avtomobil sənayesinin əsas nümayəndələri və Birləşmiş Avtomobil İşçiləri ittifaqı ABŞ Konqresinə tələb məktubu ünvanlayaraq, yarımkeçirici çiplərin ölkə ərazisində kütləvi istehsalını maliyyələşdirmək üçün milyardlarla dollar kömək istəyiblər.
“Konqres burda - Amerika Birləşmiş Ştatlarında avtomobillərin buraxılması üçün zəruri olan çiplərin istehsalını prioritetləşdirməlidir. Bu, mühərrikli nəqliyyat vasitələri istehsalçılarının artan tələbatı ödəmək üçün ehtiyacı olan çiplərlə ədalətli həddə təmin edilməsinə təkan verəcək.” - Amerika Avtomobil Siyasəti Şurası, Mühərrik və Avadanlıq İstehsalçıları Assosisiyası və Birləşmiş Avtomobil İşçiləri ittifaqının birgə bəyanatında deyilir.
Bütün dünyada genişlənən yarımkeçirici çip çatışmazlığı ən ağır zərbəni məhz avtomobil sənayesinə vurub. ABŞ Əmək Statistikası Bürosu cari ilin aprel ayında bu sektorda çalışan 27 min insanın iş yerini itirdiyini açıqlayıb. Avtomobil istehsalçılarının Konqresə ünvanladığı məktubda çip böhranına görə nəqliyyat vasitələri istehsalının ən azı 300 min ədəd azaldıldığı qeyd olunub. Ötən həftə bu sahənin nəhənglərindən olan Ford Motor cari ildə 2,5 milyard dollar ziyana düşəcəyini və təxminən 1,1 milyon ədəd daha az avtomobil istehsal edəcəyini bildirib.
Xatırladaq ki, prezident Co Bayden martın sonlarında qanunverici orqana ilkin layihəsi təqdim edilən 2 trilyon dollarlıq yeni investisiya proqramında çip istehsalının yerli səviyyədə təşkili üçün 50 milyard dollar ayrılmasını təklif edib. Ticarət naziri Gina Raimondonun avtomobil sənayesinə daha çox vurğu etməsi isə digər sahələrin nümayəndələrini qıcıqlandırır. Milli Elektrik məhsullarının İstehsalçıları Assosiasiyası, Ev və Məişət Əşyaları Assosiasiyası və Kondisoner, Qızdırıcı və Soyuducu Sistemlər İnsitutu çip təchizatının “hamı üçün bərabər şəkildə paylanmasının vacibliyini” vurğulayırlar: “Biz sadəcə ədalət istəyirik ki, sadə amerikanların sağlamlığı, təhlükəsizliyi, komfortu, məhsuldarlığı və başqa ehtiyacları ödənsin.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)






