Beynəlxalq Bankda yığıncaq keçiriləcək
23 iyun 2021-ci il tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Marja Bankın İdarə Heyətinə istinadən xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nizamnaməsinin 8.10-cu maddəsinə uyğun olaraq koronavirus (Covid -19) infeksiyasının yaratdığı pandemiya şəraitində səhmdarların sağlamlığının qorunması məqsədilə səsvermənin qiyabi şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Ümumi yığıncağın gündəliyi:
1. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyə olunmuş 2020-ci ilin maliyyə hesabatının təsdiq edilməsi haqqında.
2. 2020-ci ilin maliyyə nəticələrinə əsasən dividendin ödənilməsi haqqında.
3. 2021-2023-cü illərin maliyyə nəticələrinə görə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin əməkdaşlarının mükafatlandırılması haqqında.
4. İbrahimov Abbas Məmmədəli oğlunun növbəti 3 il müddətinə yenidən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin idarə heyətinin sədri təyin olunması haqqında.
Ümumi yığıncağın gündəliyindəki məsələ üzrə materiallar 2021-ci il iyunun 10-dək bankın rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsini və “Azərbaycan Beynəlxalq Bankı” ASC səhmdarlarının ümumi yığıncağı haqqında əsasnamə”nin 8.10-cu bəndini nəzərə alaraq bildirilir ki, ümumi yığıncağın gündəliyində olan məsələlərə münasibəti dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə və bitərəf) və imzanı qanunvericilikdə müəyyənləşdirilmiş qaydada (notarial və s.) təsdiqləmək, habelə şəxsiyyət vəsiqəsinn surətini təqdim etmək şərtilə bildirişə əlavə olunan bülleten formasını dolduraraq qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvana 2021-ci il iyunun 22-dək göndərməklə səsvermədə qiyabi iştirak etmək olar.
Səhmdarların nəzərinə çatdırılır ki , yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılışı ümumi yığıncağın keçirildiyi gün bankın korporativ katibi tərəfindən həyata keçiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)










.jpg)






