Bu zonadakı şirkətlər bütün vergilərdən azad olacaqlar
"Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir.
Marja qanun layihəsinə istinadən xəbər verir ki, Azad Zona rezidenti anlayışı təkmilləşdirilir. Belə ki, Azad Zona rezidenti - Azad Zona səlahiyyətli qurumu tərəfindən müəyyən edilən hallar istisna olmaqla, Azad Zonada sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan və orada yaşamaq üçün icazəsi olan hər hansı fiziki şəxsdir.
Dəyişikliyə görə, Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri və Azad Zona hüquqi şəxsləri Azad Zonadakı fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar. Bu qurumlar və şəxslər əsas iqtisadiyyatın vergi ödəyiciləri ilə apardıqları əməliyyatlar üzrə onlara aparılan ödənişlərə görə ödəmə mənbəyində vergi tutmurlar. Bu Qanunun məqsədləri üçün Azad Zonada fəaliyyət göstərən subyektlərə bu Qanunla nəzərdə tutulan vergi güzəştləri yalnız Azad Zonada fəaliyyət göstərən, burada yeni dəyər yaradan, habelə ixracyönümlü istehsal fəaliyyətini həyata keçirən şəxslərə şamil edilir.
Azad Zona rezidentlərinin, habelə Azad Zona səlahiyyətli qurumunun, Azad Zona inzibati müəssisələrinin və Azad Zona hüquqi şəxslərinin işçilərinin gəlirlərinə vergilərin tətbiqi və tutulması qaydası Azad Zona səlahiyyətli qurumu tərəfindən qəbul edilən daxili qaydalarla tənzimlənir.
Qanuna edilən əlavəyə görə, Azad Zona səlahiyyətli qurumuna, Azad Zona inzibati müəssisələrinə və Azad Zona hüquqi şəxslərinə əsas iqtisadiyyata aid olan şəxslər tərəfindən maliyyə bazarlarında xidmətlər göstərildikdə, belə xidmətlər üzrə əsas iqtisadiyyata aid olan şəxslərə Azad Zonada mövcud olan tənzimləmə nəzərə alınmaqla əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.
Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri və Azad Zona hüquqi şəxsləri tərəfindən Azad Zonaya gətirilən və Azad Zonadan aparılan mallara, nəqliyyat vasitələrinə, işlərə və xidmətlərə görə gömrük rəsmiləşdirilməsi müqabilində ödənilən yığımlardan başqa heç bir ödənişlər, o cümlədən vergilər tətbiq edilmir.
Mallar, nəqliyyat vasitələri, işlər və xidmətlər Azad Zonadan əsas iqtisadiyyata və əsas iqtisadiyyatdan Azad Zonaya gətirildikdə, belə mallara, nəqliyyat vasitələrinə, işlərə və xidmətlərə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.
Digər bir dəyişikliyə görə, xarici məhkəmə, tribunal, digər məhkəmə orqanları və ya arbitraj tərəfindən Azad Zonanın ərazisində fəaliyyətdən irəli gələn mübahisə ilə bağlı qəbul edilmiş qərarların icrası Azad Zonada həyata keçirilən fəaliyyətlə və ya orada yerləşən əmlak və aktivlərlə məhdudlaşır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
15 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
21 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























