Azərbaycan şirkəti 5 ədəd “Вoeing” təyyarəsi sifariş etdi
Azərbaycanın "Silk Way West Airlines" aviaşirkəti 5 ədəd “Вoeing 777-F” yük təyyarəsi sifariş edib.
Marja xəbər verir ki, bu barədə “Вoeing" korporasiyasının məlumatında deyilir.
"Silk Way West Airlines" 5 ədəd “777 Freighter” təyyarəsi sifariş edərək beynəlxalq şəbəkəsini genişləndirəcək.
Çərşənbə günü "Silk Way West Airlines" və “Вoeing"in rəhbərləri müvafiq saziş imzalayıblar. Bu, Xəzər regionu və Orta Asiyada iri yükqaldırma qabiliyyətinə malik olan yük təyyarələrinin satılnalınması üzrə ilk sazişdir. “Boeing 777 Freighter” hava gəmiləri aviaşirkətə yükdaşımaya artan tələbatı təmin etməyə yardım edəcək”, - məlumatda qeyd olunur.
XXX
Azərbaycanın “Silk Way West Airlines” şirkəti donanmasını genişləndirmək məqsədilə ABŞ-ın "Boeing" şirkəti ilə alqı-satqı razılaşması imzalayıb.
Bu barədə "Silk Way West Airlines"dən bildirilib.
Məlumata görə, razılaşma bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Rəşad Nəbiyev, "Silk Way Group" MMC-nin prezidenti Zaur Axundov, ABŞ-ın Azərbaycandakı səfiri Örl D. Litzenberger və "Boeing"in prezidenti və baş icraçı direktoru Sten Dilin iştirakı ilə Bakıda keçirilmiş mərasimdə imzalanıb. Bu yatırım "Silk Way West Airlines" şirkətinin yükdaşımalar üzrə artan tələbatın qarşılanması məqsədilə beynəlxalq hava şəbəkəsini genişləndirməsi istiqamətində atdığı növbəti addım çərçivəsində baş tutub.
Razılaşmaya əsasən, "Silk Way West Airlines" şirkəti 2023-2027-ci illərdə 5 ən müasir "Boeing 777F" yük təyyarəsini almağı planlaşdırır.
Təyyarələrin sifarişi Xəzər dənizi və Mərkəzi Asiya regionunda bir ilkdir. "Boeing 777F" hazırda bazarda olan ən böyük ikimühərrikli yük təyyarəsidir. 9 200 km uçuş məsafəsi olan təyyarənin maksimal yük götürmə qabiliyyəti 102 000 kq təşkil edir. Dünyanın ən effektiv və ətraf mühitin qorunması baxımından münasib təyyarəsi olmasını nəzərə alaraq, yeni hava gəmiləri "Silk Way West Airlines" donanmasının dayanıqlılıq hədəflərinə töhfə verməklə yanaşı, həmçinin xidmət və əməliyyat xərcləri baxımından xüsusilə sərfəli bir seçimdir.
“Dünyanın aparıcı təyyarə istehsalçısı olan "Boeing" ilə Azərbaycanın tanınan hava yolu yükdaşıma şirkəti "Silk Way West Airlines" arasında müqavilənin imzalanmasını alqışlayırıq. Azərbaycanda vahid nəqliyyat sistemi yaradılır və hava yolu nəqliyyatı burada önəmli rol oynayır. İnanıram ki, bu müqavilə regional nəqliyyat qovşağı və beynəlxalq ticarət və kommersiya əlaqələrində etibarlı hava yolu tərəfdaşı kimi Azərbaycanın mövqeyini möhkəmləndirəcək”, - deyə R.Nəbiyev qeyd edib.
“Bu razılaşmanın imzalanması şirkətimizin inkişafı istiqamətində atılan növbəti bir addımdır. Əminəm ki, yeni təyyarələrin alınması, layihənin həyata keçirilməsi önümüzdəki 15-20 il ərzində şirkətimizin qlobal hava yolu ilə yükdaşıma bazarındakı aparıcı mövqelərini daha da gücləndirəcəkdir”, - deyə Z.Axundov bəyan edib.
Öz növbəsində S.Dil qeyd edib ki, "Silk Way West Airlines" öz şəbəkəsinin coğrafi əhatəsini sürətlə genişləndirməkdədir. “Növbəti 20 il ərzində qlobal hava yolu yükdaşıma bazarının 60%-dən daha çox artacağı gözlənilir və yeni sifariş şirkətin MDB məkanı, Avropa, Yaxın Şərq, Asiya və Şimali Amerikadakı ticarət və elektron kommersiya əməliyyatları üzrə tələbatlara cavab vermə imkanlarını möhkəmləndirəcəkdir. Silk Way West Airlines ilə olan tərəfdaşlığımızdan məmnunuq və bazardakı ən mütərəqqi effektivliyə və tutuma malik olan "777F" təyyarəsini şirkətin 747F yük təyyarələrindən ibarət mövcud donanmasına təqdim etmək üçün səbrsizlənirik”.
Anlaşma "Silk Way West Airlines" şirkətinin qlobal yükdaşıma bazarındakı iddialarını genişləndirməsi üçün yeni bir zəmin yaradacaq, Xəzər dənizi regionunu
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























