"Gəncə Avtomobil Zavodu" yeni müqavilələr imzalayıb
"Gəncə Avtomobil Zavodu" (GAZ) İstehsalat Birliyi Belarus şirkətləri ilə əməkdaşlığı bundan sonra da sıx davam etdirəcək.
Bunu müəssisənin Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib.
Onun sözlərinə görə, GAZ bu ilin sonuna kimi Minsk Traktor zavodu ilə 1 000 ədəd traktorun və BELAVTOMAZ konserni ilə isə 7 ədəd ağır tonnajlı avtomobilin yığılması üçün komplekləşdiricilərin göndərilməsi ilə bağlı müqavilə imzalayıb.
"2006-cı ildə Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən sonra bu ölkənin şirkətləri ilə müntəzəm əməkdaşlıq davam edir. Müəssisəmiz Belarus-Azərbaycan iqtisadi əlaqələri çərçivəsində fəaliyyətini xeyli genişləndirib. Hazırda 6-7 Belarus şirkəti ilə sıx əməkdaşlıq edirik. Aprelin 13-14 də Belarus prezidenti Aleksandr Lukaşenkonun Bakıya işgüzar səfəri zamanı bağlanılan ikitərəfli əməkdaşlıq sazişi çərçivəsində daha bir neçə müqavilə imzalanıb ki, bu da müəssisəmizin inkişafında xüsusi rol oynayacaq”, - deyə X.Fətiyev qeyd edib.
Müşahidə Şurasının sədri onu da bildirib ki, bu əməkdaşlıq çərçivəsində digər layihələr üzrə də işlər davam etdiriləcək. Belə ki, sifarişlər olduğu təqdirdə bütün növ texnikaların yığımını reallaşdırmaq mümükün olacaq.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























