Neftin qiyməti ABŞ-dan gələn xəbər ilə yenidən 50 dolları keçib
ABŞ-da xam neft ehtiyatlarının ehtimal ediləndən iki dəfədən çox düşməsi ilə əlaqdar olaraq neft qiymətləri yüksəlib.
"Marja" xəbər verir ki, ABŞ-da Çərşənbə günü açıqlanan rəsmi məlumatlara görə, ehtiyatlar ötən həftə 5.25 milyon barel azalıb. Bu, 2017-ci ilin ən sürətli azalmasıdır. Ehtiyatlar ardıcıl 5 həftədir azalır. Bloomberg-in sorğusun qatılan analitiklərin proqnozlarına görə, ehtiyatların 2 milyon barrel aşağı düşməsi gözlənilirdi. Benzin və distilə edilmiş məhsul ehtiyatları da azalıb və bu irəliləyişlər, ABŞ-da neft istehsalındakı artıma dair narahatlıqların azalmasına səbəb olur.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Neft qiymətləri, ötən həftə Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) Noyabr ayında hasilatı azaltmaq barədə razılığa gəlməsindən bu yana ən aşağı səviyyələrinə enməsinin ardından yüngülcə yüksəlib. Səudiyyə Ərəbistanı və OPEC üzvü olmayan Rusiya, hasilatın azaldılması müqaviləsini 2018-ci ilədək uzadıla biləcəyinə işarə ediblər. Digər tərəfdən, Enerji İnformasiya Administrasiyasının gələn il rekord səviyyəyə çıxmasını gözlədiyi ABŞ istehsalındakı artım sürətinə dair narahatlıqlar davam edir.
Analitiklər bildirirlər ki, neftbazalarda ehtiyatların azalmasına baxmayaraq, ABŞ-da gündəlik hasilat yenidən yüksəlir. Bu səbəbdən neftin bahalaşması çox uzun davam etməyə bilər.
Bakı vaxtı ilə saat 07:50-yə olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 18 sent bahalaşaraq 47.51 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 16 sent yüksələrək bareli 50.38 dollara çatıb. Qiymətlər Çərşənbə günü 1.49 dollar və ya 3.1 faiz yüksələrək 50.22 dollardan bağlanmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
-
10 d. əvvəl
Click to Pay with Visa — Epoint-də onlayn checkout üçün yeni standart
-
22 d. əvvəl
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
-
2 saat əvvəl
PAŞA Bank 31-ci “Baku Energy Week” tədbirinin əsas bank tərəfdaşı qismində çıxış edir
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Qızıl ABŞ-ın İrana hücumlarından sonra ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 18 GÜN
Neft ABŞ-ın yeni hərbi hücumları ilə bahalaşıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək







.jpg)





.jpg)





