Samsungdan müsbət göstəricilər – 8,3 milyard dollarlıq mənfəət
Cənubi Koreya nəhənginin gəlirləri 17% artıb.Asiyanın ən iri texnologiya şirkətlərindən olan Samsung Electronics Co. bugün 2021-ci ilin birinci rübünə dair bəzi göstəriciləri açıqlayıb.
Marja xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə gəlirlər 17%, xalis mənfəət isə 44% artıb. Ən çox vəsait smartfonlar və yüksək texnologiyalı televizorların satışından daxil olub.
Samsungun cari ilin yanvar-mart aylarındakı əməliyyat mənfəəti 9,3 trilyon Vona (8,32 milyard dollara) çatıb. Şirkət daha ətraflı məlumatı bu ay ərzində açıqlayacağını bildirib. İlkin məlumatların bəyan edilməsi Samsungun Cənubi Koreyanın KOSPI birjasındakı səhmlərinə qismən təsir göstərib: Daha öncə 0,2% artan səhmlər günün sonuna 0,4% ucuzlaşıb.
Samsungun yeni flaqmanı olan Galaxy S21 smartfonlarının yanvarda satışa buraxılmasından bəri qlobal mobil telefon istehsalçısının təkcə bu seqmentdəki mənfəəti 4,15 trilyon Von (3,72 milyard dollar) təşkil edib. Bu modelin Galaxy S20 ilə müqayisədə texnoloji baxımdan daha təkmil, qiymətinin isə aşağı olması qlobal tələbatı kifayət qədər artırıb.
Şirkətin çip istehsalı və satışı bölməsi təchizat zəncirindəki müəyyən problemlər ucbatından 20% daha az – 3,6 trilyon Vona (3,225 milyard dollar) qədər mənfəət təmin edə bilib. Televizorlar və məişət texnikasının satışından əldə olunan mənfəət isə ikiqat artaraq, 1 trilyon Vona (896 milyon dollar) çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)



