320 hektar ərazi daşlardan təmizlənib, intensiv fındıq bağı salınıb
Şəki və Qax rayonlarında yeni fındıq bağlarının salınmasına başlanıb.
Kənd təsərrüfatı naziri İnam Kərimov Şəkinin Bideyiz kəndində yeni intensiv fındıq bağının salınması işləri ilə tanış olub. Fındıq bağının salındığı 320 hektar ərazi daşlardan təmizlənib, müvafiq aqrotexniki hazırlıq işləri görülüb, bağ tam şəkildə damla suvarma sistemi ilə təchiz olunub.
Daha sonra nazir Şəkinin Biləcik kəndində keçmiş çay yatağında yeni salınmış fındıq bağında görülən işlərlə maraqlanıb, Qax rayonunun Qaşqaçay kəndində daşdan təmizlənmiş sahədə salınmış intensiv fındıq bağlarına baxış keçirib.
Nazir İnam Kərimov Şəkidə həmçinin Şəki Regional Aqrokimya Laboratoriyasının və yeni fəaliyyətə başlayan baytarlıq laboratoriyasının fəaliyyəti ilə də tanış olub. Bu laboratoriyalarda son model avadanlıqlar quraşdırılıb. Bölgələrdə bu cür müasir laboratoriyaların qurulması fermerlərə göstərilən aqrar məsləhət xidmətlərinin daha da təkmilləşdirilməsinə kömək edəcək.
Qeyd edək ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021-ci ildə Azərbaycanda 6 növ meyvə bitkisi üzrə salınmış yeni intensiv bağlara görə birdəfəlik əkin subsidiyası veriləcək. Qərara əsasən, 2021-ci il ərzində salınan fındıq bağlarına da birdəfəlik əkin subsidiyası verilməsi nəzərdə tutulur. Subsidiya veriləcək fındıq bağları 200-1500 metr hündürlükdə olan dağlıq və ya dağətəyi yerlərdə salınmalı, hər hektarda ən azı 330 ting əkilməli, bağ damla suvarma sistemi ilə təchiz olunmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir









.jpg)






.jpg)



