Pandemiya ilində “PAŞA Sığorta”nın sığorta ödənişləri artıb – MALİYYƏ VƏZİYYƏTİNİ AÇIQLADI
“PAŞA Sığorta” ASC 2020-ci ili 20 milyon 635 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2019-cu ili 31 milyon 78 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması sığorta ödənişlərinin, təkrarsığortaya verilmiş sığorta haqlarının və işlərin aparılması xərclərinin artmasından qaynaqlanır.
Marja Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, PAŞA Sığortanın cəmi əməliyyat gəlirləri 2019-cu ildə 151 milyon 204 min manat ikən 2020-ci ildə 177 milyon 253 min manata yüksəlib (26 milyon 49 min manat və ya 17,2% artıb). Şirkətin cəmi əməliyyat xərcləri isə 111 milyon 140 min manatdan 148 milyon 55 min manata qalxıb (36 milyon 915 min manat və ya 33.2% artıb). Xərclərin artmasının gəlirlərin artmasını üstələməsi “PAŞA Sığorta”nın xalis mənfəətinin düşməsinə səbəb olub.
2019-cu illə müqayisədə 2020-ci ildə PAŞA Sığortanın topladığı sığrta haqları 9 milyon 191 min manat və ya 6,3% artaraq 154 milyon 654 min manata yüksəlib (2019-da 145 milyon 463 min manat). Şirkətin illik cəmi sığorta ödənişləri isə 18 milyon 654 min manat və ya 35,3% artaraq 71 milyon 452 min manata çatıb. PAŞA Sığorta 2019-cu ildə 52 milyon 797 min manat sığorta ödənişləri həyata keçirtmişdi.
Ötən il “PAŞA Sığorta”da təkrarsığortaya verilmiş sığorta haqları 20,6%, işlərin aparılması xərcləri 42,5% artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
2 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)

