"Aqrolizinq" indiyədək 28 mindən çox texnika satıb
Ölkədə uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları hesabına kənd yerlərinin sosial infrastrukturunun köklü şəkildə yaxşılaşdırılması kənd yerlərində yaşayan əhalinin rifahının yüksəlməsini şərtləndirib. Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədovun "Respublika" qəzetində dərc olunan məqaləsində deyilir.
Nazirin sözlərinə görə, meliorasiya-irriqasiya sisteminin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən böyükmiqyaslı layihələr hesabına 266 min hektar sahədə torpaqların su təminatı yaxşılaşdırılıb, 43 min hektar sahə yeni suvarılan torpaqlar qrupuna əlavə edilib, həmçinin 218 min hektar sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılıb.
H.Əsədov qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində birbaşa dövlət dəstəyi hesabına müasir texnologiyalar əsasında fəaliyyət göstərən çoxsaylı kənd təsərrüfatı məhsullarının emalı müəssisələri qurulub, habelə anbar təsərrüfatları yaradılıb ki, bu da kənd təsərrüfatı məhsulları üçün əlverişli bazar infrastrukturunun formalaşması baxımından mühüm əhəmiyyət kəsb edib:
"Kənd təsərrüfatı məhsulları istehsalçılarının müvafiq istehsal vasitələri ilə təminatının yaxşılaşdırılması baxımından bazar prinsiplərinə əsaslanan dövlət dəstəyi mexanizmi kimi “Aqrolizinq” ASC-nin fəaliyyəti mühüm əhəmiyyət kəsb edib. 2005-2016-cı illər ərzində “Aqrolizinq” ASC-nin xətti ilə ümumilikdə 28 082 kənd təsərrüfatı texnikası, o cümlədən 1 869 taxılyığan kombayn, 94 pambıqyığan kombayn, 8 636 traktor və 17 483 digər texnikalar alınaraq istehsalçılara xidmət üçün rayonlardakı aqrotexniki servis mərkəzlərinə verilib və ya lizinq yolu ilə sahibkarlara satılıb.
Həmçinin, aqrar sahədə fəaliyyət göstərən sahibkarların istehsal xərclərinin azaldılması məqsədilə onlara hər hektar sahənin əkinində istifadə olunan yanacaq və motor yağlarına görə 40 manat və hər hektar buğda və çəltik əkininə görə 40 manat subsidiyanın verilməsi, həmçinin, istehsalçılara satılan mineral gübrələrin dəyərinin 50 faizi həcmində güzəştə görə subsidiyanın verilməsi, “Aqrolizinq” ASC tərəfindən idxal olunan məhsuldar cins malların istehsalçılara dəyərinin 50 faizi qədər güzəştlə satılması və toxum satışına görə subsidiyanın verilməsi siyasəti tətbiqi olunub".
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















