Qlobal birja və bank sektorunda Archegos silkələnməsi - kim uduzdu, kim uddu?
Birjalar yeni iş həftəsində sürprizlə qarşılaşır: ABŞ media nəhənglərinin səhmləri ucuzlaşır, Çinin texnologiya şirkətləri dəyər itirir, Credit Suisse və Nomura bankları milyardlarla dollar ziyana düşür.
Marja xəbər verir ki, yenicə başlayan iş həftəsi Wall Street-in məşhur bankları və bir sıra iri şirkətlər üçün hələ də çətinliklərlə müşaiyət olunur. Səbəb Cənubi Koreyalı milyarder Bill Hvanqın rəhbərlik etdiyi hedc fondu Archegos-un əlində olan səhmlərin sürətlə satılması və bir sıra şirkətlərin dəyər itirməsidir. Proses niyə bu vəziyyətə gəlib çıxdı?
Əvvəlcə qısaca Bill Hvanq haqqında: Kaliforniya Universitetindən iqtisadiyyat üzrə bakalavr, Karnegi-Mellon Universitetindən isə MBA diplomu almış Cənubi Koreyalı əvvəllər Hyundai-nın maliyyə xidmətləri bölməsi olan Hyundai Securities-də çalışıb. Daha sonra hələ 1980-ci ildə ABŞ milyarderi Culian Robertson tərəfindən qurulan Tiger Management-ə keçən Hvanq 2000-2012-ci illərdə Tiger Asia hedc fondunu idarə edib. Elə bu fəaliyyətinə görə “bala pələng” ləqəbi alan Bill 2012-ci ildə Çin şirkətlərinin səhmləri ilə manipulyasiya etdiyinə görə ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) tərəfindən 44 milyon dollar cərimələnib. Çin hökuməti isə bundan sonra Hvanqın Honkonq birjasında fəaliyyətinə ömürlük qadağa qoyub.
Sakitləşməyən Hvanq Tiger Asia-nı öz ailə hedc fonduna çevirib və Archegos adlandıraraq, ABŞ bazarında bir sıra riskli səhmlərə yatırım edib. Ötən həftənin cümə və şənbə günləri Hvanqın idarə etdiyi aktivlər arasında olan ABŞ media nəhənglərindən ViacomCBS və Discovery-nin qəfildən 27% ucuzlaşması broker banklar tərəfindən Archegos-a marja tələblərinin irəli sürülməsi və ardınca baş verən silsilə hadisələr ilə nəticələndi. Qısaca izah edək:
Hedc fondları və investisiya şirkətləri adətən müxtəlif şirkətlərin səhmlərini alarkən 50/50 və ya oxşar mexanizmlərdən istifadə edirlər: pulun bir hissəsini özləri yatırır, qalan vəsaiti broker banklarından borc götürürlər. Bunun üçün xüsusi marja hesabı açılır və birgə maliyyə mexanizmi əsasında alınan səhmlər borc müqabilində girov qoyulur. Həmçinin, hesabda hər zaman minimum marja limitinin saxlanması vacibdir. Bunun üçün isə, alınan səhmlərin dəyəri müəyyən həddən aşağı düşməməlidir. Belə bir hal yaranarsa, hedc fondu ya hesaba dərhal vəsait qoymalı, ya əlindəki səhmləri satıb limiti bərpa etməlidir. Bunların heç biri çevik şəkildə edilmədikdə, broker bankların həmin səhmləri hedc fondu ilə razılaşdırmadan sürətlə satmaq və itkilərini kompensasiya etmək hüququ yaranır.
Archegosla bağlı baş verənlər də məhz belə ardıcıllıq və sürətlə cərəyan etmiş, nəticədə Goldman Sachs bankı toplam 10.5 milyard dollar, Morgan Stanley isə 8 milyard dollarlıq səhm satmışdı. Deutsche Bank və JP Morgan da cəld tərpənərək, tam açıqlanmayan məbləğdə səhmlərdən azad ola bilib. Nəticədə Çinin Baidu, Tencent, Vipshop Holdings, GSX Techedu, iQIYI, Böyük Britaniyanın Farfetch, ABŞ-ın ViacomCBS və Discovery şirkətləri ümumilikdə 35 milyard dollara yaxın dəyər itirmişlər. Prosesdə gecikən İsveçrənin Credit Suisse və Yaponiyanın Nomura banklarının itkisi isə 4-5 milyard dollar həcmində qiymətləndirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
6 d. əvvəl
“PAŞA Holding”dən yeni törəmə şirkət – “PAŞA Maliyyə Holding” təsis edilib
-
-
23 d. əvvəl
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
1 saat əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI


















